2019-03-10

Cari ilin 23 sentyabr tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsində yerləşən və Aktau şəhərində fəaliyyət göstərən “Dostluq” milli-mədəni cəmiyyəti ilə Baş konsulluğun inzibati binasında görüş keçirilmişdir.

Görüş, Mangistau vilayətində yaşayan və çalışan Qazaxıstan Respublikası vətəndaşlarının (diaspora üzvləri), eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının yaranan müxtəlif çətinliklərinin aşkar edilməsi, araşdırılması və bu istiqamətdə lazımi tədbirlərin görülməsi məqsədini daşıyırdı.
 

Arxiv üzrə axtarış