2019-10-30

Cari ilin 25-27 oktyabr tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun konsulluq dairəsində yerləşən Aktyubinsk vilayətində səyyar konsul qəbullarının və orada fəaliyyət göstərən milli-mədəni cəmiyyəti ilə görüşlərin keçirilməsi məqsədilə Baş konsulluğun başçısı vəzifəsini icra edən Elmar Məmmədov ezam olunmuşdur.

Görüş, Aktyubinsk vilayəti ilə tanış olmaq, vilayətdə yaşayan və çalışan Qazaxıstan Respublikası vətəndaşlarının (diaspora üzvləri), eyni zamanda Azərbaycan Respublikası vətəndaşlarının yaranan müxtəlif çətinliklərinin aşkar edilməsi, araşdırılması və bu istiqamətdə lazımi tədbirlərin görülməsi məqsədini daşıyırdı.
 
 

Arxiv üzrə axtarış