2021-01-20

Cari ilin 20 yanvar tarixində isə, Aktau şəhərində yerləşən mədəni ocaqlarının birində Mangistau vilayətində fəaliyyət göstərən “Dostluq” milli-mədəni cəmiyyəti tərəfindən təşkil olunmuş 20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı tədbirdə Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov iştirak etmişdir.

Tədbirdə, “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov, cəmiyyətimizin üzvləri, dağıstanlıların “Dağıstan” etnik-mədəni cəmiyyətinin rəhbəri Y.A.Şaxşayev, çeçen-inguşların “Vaynax” etnik-mədəni cəmiyyətinin rəhbəri R.A.Baxmatqereyev, qırğızların etnik-mədəni cəmiyyətinin rəhbəri Q.Kazibekov, “Mangistau-Media” şirkətinin direktoru A.Dutbayeva, Mangistau vilayətinin Akimatlığının (icra hakimiyyəti) daxili siyasət şöbəsinin rəisi v.i.e. J.İsmaqulova, Azərbaycanın iş adamları və yerli ziyalılar iştirak etmişlər.

Tədbirdə, E.Məmmədov iştirakçıları salamlayaraq 20 yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı XİN-i tərəfindən yayılmış bəyanatı səsləndirmişdir. Eləcə də, E.Məmmədov və Ş.Hüseynov çıxış edərək 20 yanvar faciəsi barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişlər. Bununla yanaşı, tədbir iştirakçıları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımızın rəhbərliyi altında və müzəffər ordumuzun gücü ilə İkinci Dağlıq Qarabağ müharibəsinin parlaq qələbəsi ilə başa çatması, torpaqlarımızın düşmən tapdağından azad olunması münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirmişlər.

Mərasimdə, dağıstanlıların “Dağıstan” etnik-mədəni cəmiyyətinin rəhbəri Y.A.Şaxşayev, qırğızların etnik-mədəni cəmiyyətinin rəhbəri Q.Kazibekov və yerli ziyalılar da çıxış etmişlər.

Tədbir iştirakçıları, Sovet İttifaqının rəhbərliyi tərəfindən azərbaycanlılara qarşı aparılmış siyasətin nəticəsi olan 20 Yanvar faciəsini pisləmişlər.

Şəhidlərimizin ruhları bir dəqiqəlik sükut ilə yada salınmış və yasin oxunmuşdur. Diasporamız tərəfindən tədbir iştirakçılarına ehsan verilmişdir.

Qeyd etmək istərdik ki, 20 Yanvar faciəsinin otuz birinci il dönümü ilə bağlı tədbir “Mangistau-Media” şirkəti tərəfindən mətbuatda yayımlanmışdır.

Tədbirdə, ara məsafəsi saxlanmış, eləcə də gigiyena tələblərinə riayət edilərək, karantin qaydaları pozulmamışdır.

 

 

Arxiv üzrə axtarış