8 dekabr 2020 - ci il tarixində Azərbaycan Respublikasının Prezidentinin Fərmanı ilə “ YAŞAT ” Fondu yaradılmışdır
Fond şəhid ailələri və qazilərin sosial müdafiəsi sahəsində dövlət tərəfindan həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf və effektiv platformanın formalaşdırılması məqsədilə yaradılmışdır.
“ YAŞAT ” Fondunun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi ianələr, habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Qeyd: Bu ianələr əsasında toplanılmış bütün vəsait fondun dəstək istiqamətlərinə uyğun olaraq şəhid ailələri və qazilərin ehtiyaclarının ödənilməsinə yönləndirilir və vəsaitlərin toplanılması və xərclənməsi ilə bağlı hesabatlar açıq şəkildə ictimaiyyətə açıqlanır