"Gənclər Günü” münasibətilə Baş konsulluq tərəfindən cari ilin 2 fevral tarixində konsulluq dairəsində təhsil alan Azərbaycan Respublikasının vətəndaşları olan tələbələr ilə video formatda tədbir keçirilmişdir.
Video formatda keçirilən tədbiri Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov açıq elan edərək, Qazaxıstan Respublikasının Mangistau, Atırau, Aktöbe və Qərbi-Qazaxıstan vilayətlərində təhsil alan azərbaycanlı tələbələri Bayram münasibətilə təbrik edərək, onlara uğurlar arzu etmişdir.
Çıxış zamanı E.Məmmədov, Azərbaycanlı gənclərin məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hər zaman ön plana qoyduğunu və diqqət mərkəzində saxladığını, məsələn 1994-cü ildə dövlət gənclər siyasətini icra edən Gənclər və İdman Nazirliyinin yaradılması, 1996-cı ildə isə 2 fevral tarixində Ulu Öndər Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumunun keçirildiyi habelə, 1997-ci ildə müvafiq sərəncam ilə 2 fevral Azərbaycanda Dövlət səviyyəsində Gənclər Günü kimi qeyd olunduğu barədə tədbir iştirakçılarına məlumat vermişdir. Bununla yanaşı, tədbir iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımızın rəhbərliyi altında və müzəffər ordumuzun gücü ilə İkinci Dağlıq Qarabağ müharibəsinin parlaq qələbəsi ilə başa çatması, torpaqlarımızın düşmən tapdağından azad olunması münasibətilə də təbriklərini çatdırmışdır. Bu xüsusda Prezident İlham Əliyevin gənclərə daim göstərdiyi qayğı və yaratdığı imkanlardan söhbət açılmışdır.
Bu xüsusda, tələbələrimiz bu tədbirin keçirilməsi ilə bağlı öz təşəkkürlərini bildirmiş, habelə Vətən müharibəsinin parlaq Qələbəmiz ilə başa çatması münasibətilə də Azərbaycan xalqını təbrik etmişlər.
Eyni zamanda tədbirdə, tələbələrlə müxtəlif mövzulara dair fikir mübadiləsi aparılmışdır.