2021-02-26

Tələbələrə, Xocalı soyqırımına dair “Heydər Əliyev” fondu tərəfində hazırlanmış sənədli film nümayiş olunmuşdur.

Cari ilin 25 fevral tarixində, Qazaxıstan Respublikasının Mangistau, Atırau, Aktöbe və Qərbi-Qazaxıstan vilayətlərində təhsil alan azərbaycanlı tələbələr ilə video formatda keçirilən tədbiri Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov açıq elan edərək, 1992-ci il tarixində Azərbaycanın Xocalı şəhərində erməni quldurları tərəfindən, dinc əhaliyə qarşı törədilmiş soyqırım, orada baş vermiş hadisələrdən, münaqişənin tarixindən, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və Azərbaycanlı gənclərin dünyada milli-mədəni birləşmələrinin, habelə “Heydər Əliyev Fondu”nun və xüsusilə fondun Vitse - prezidenti Leyla Əliyevanın rəhbərliyi altında görülən işlər barədə məlumat vermişdir. Bu xüsusda, Vətən Müharibəsində Qələbə qazandığımıza baxmayaraq, bu məsələlərdə, habelə tariximizin unudulmaması üçün, bu cür tədbirlərin keçirilməsinin vacib olduğu vurğulanmışdır. Lakin, hal-hazırda koronavirus infeksiyası olan “COVİD-19” pandemiyası ilə bağlı, tərəfimizdən geniş tədbirlərin keçirilməsinə çətinlik yarandığı üçün, 2022-ci ildə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunacaq tədbirlərin, genişmiqyaslı və hərtərəfli keçiriləcəyi, habelə gənc nəsilin bu tədbirlərdə daha aktiv iştirak etmələri məqsədilə hərtərəfli addımların atılacağı barədə fikir mübadiləsi aparılmışdır.

Tələbələrə, Xocalı soyqırımına dair “Heydər Əliyev” fondu tərəfində hazırlanmış sənədli film nümayiş olunmuşdur.

Tədbirin sonunda,  E.Məmmədov tələbələrin suallarına cavab vermiş və müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

 

Arxiv üzrə axtarış