2021-02-26

2021-ci ilin 26 fevral tarixində isə Baş konsulluğun inzibati binasında Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilmişdir .

Tədbirdə, Baş konsulluğun başçısı v.i.e. E.Məmmədov, “Dostluq” milli - mədəni cəmiyyətinin rəhberi Şəmsəddin Hüseynov , cəmiyyətin üzvleri , Özbəkistan Respublikasının Aktau şəhərindəki Baş Konsulu Turqunov Norjan Curabayeviç , Türkmənistanın Aktau şəhərindəki Baş konsulu Muhammetnur Muhammetberdiyeviç Ovezov və Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun diplomatik heyyəti, o cümlədən, dağıstanlıların “Dağıstan" etnik - mədəni cəmiyyətinin rəhbəri Y.A. Şaxşayev, çeçen - inquşların “Vaynax” etnik - mədəni cəmiyyətinin rəhbəri Ruslan Baxmatqereyevvə , qırğızların etnik - mədəni cəmiyyətinin rəhbəri Q.Kazibekov və “Mangistau - Media” şirkətinin direktoru A.Dutbayeva iştirak etmişler. Habelə , tədbirə Azərbaycanın iş adamları, tələbələr və yerli ziyalılar qoşulmuşlar.

Ilk öncə, Xocalı soyqırımında vəhşicəsinə qətlə yetirilmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir . Daha sonra “Heydər Əliyev Fondu” tərəfindən hazırlanmış “Xocalıya ədalət" ( rus və azərbaycan dillərində ) qısametrajlı sənədli filmler nümayiş edilmişdir .

Filmlərin nümayişindən sonra, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov çıxış edərək , ermənilərin Xocalı şəhərində törətdiyi soyqırım haqqında məlumat vermiş və ermənilər tərəfindən törədilmiş cinayətin dünya ictimaiyyətinə çatdırılmasından, son illərdə Azərbaycan dövləti və xarici ölkələrdə yaşayan soydaşlarımız tərəfindən aparılan işlərdən və Heydər Əliyev fondunun vitse - prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə həyata keçirilən "Xocalıya ədalət” kompaniyasından danışmışdır.

Tədbirdə, "Dostluq” milli - mədəni cəmiyyətinin rəhbəri Ş.Hüseynov və həmin cəmiyyətin üzvləri çıxış etmişlər.

Rəsmi qonaqlardan isə, Türkmənistanın Aktau şəhərindəki Baş konsulu Muhammetnur Muhammetberdiyeviç Ovezov, Türkmənistan və Azərbaycan ölkələri arasında mövcud olan münasibətlərdən söz açmış, Xocalı soyqırımını törədən cinayətkarları pisləmiş və Dağlıq Qarabağda əldə etdiyimiz Qələbə münasibətilə də təbrik etmişdir.

Çeçen - inquşların "Vaynax" etnik - madeni cəmiyyətinin rehberi Ruslan Baxmatqereyev və dağıstanlıların “Dağıstan" etnik - mədəni cəmiyyətinin rəhbəri Y.A.Şaxşayev isə öz çıxışlarında, Xocalı şəhərində dinc əhaliyə qarşı ermənilər tərəfindən törədilmiş soyqırıma münasibətlərini bildirərək, bu hadisəni heç bir xalqa o cümlədən Azərbaycan xalqına təkrarlanmamasını arzu etmişler.

Tədbir zamanı, “Mangistau - Media" şirkətinin direktoru Aysulu Dutbayeva çıxış etmək məqsədilə söz istəmiş və çıxışında Xocalı soyqırımı zamanı baş verən hadisələrdən dəhşətə gəldiyini bildirmiş, eləcə də 8 noyabr tarixində məhz Şuşa şəhərinin işğal altından azad edilməsi münasibətilə təbrik edərək, Azərbaycan xalqına sülh və əmin- amanlıq arzu etmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, Azərbaycan və Qazaxıstan dostluğu əbədidir.

Xüsusilə qeyd etmək istərdik ki, tədbirdə, çıxış edən qonaqlar ayrı-ayrılıqda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımızın rəhbərliyi altında və müzəffər ordumuzun gücü ilə İkinci Dağlıq Qarabağ müharibəsinin parlaq qələbəsi ilə başa çatması, torpaqlarımızın düşmən tapdağından azad olunması münasibətilə tədbir iştirakçılarını təbrik edərək, Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirmiş, habelə Azərbaycan xalqını təbrik etmişlər.

Bu xüsusda , vətən uğrunda canlarından keçən şəhidlərin və dinc əhalinin ruhlarına qırğızların etnik - mədəni cəmiyyətinin rəhbəri Q. Kazibekov yasin oxumuşdur.  

Arxiv üzrə axtarış