2021-03-19

2021-ci ilin 19 mart tarixində Baş konsulluq adından, “Ailə tipli regional uşaq kəndi”ndə yaşayan azyaşlı və yetkinlik yaşına çatmamış uşaqlara bayram sovqatları təqdim edilməsi məqsədilə Elmar Məmmədov adı çəkilən müəssisəyə ziyarət etmişdir.

Bununla belə, “Ailə tipli regional uşaq kəndi”ndə yaşayan azyaşlı və yetkinlik yaşına çatmamış uşaqlar ilə görüş keçirilmişdir.
Həmin görüşdə, E.Məmmədov Novruz Bayramı münasibətilə uşaqları təbrik etmiş, onlara xoşbəxt həyat, uğurlu gələcək arzu etmişdir. Görüş zamanı, müəssisənin rəhbəri Naurızbayev Orınbasar Kızılquloviç, habelə müəllim heyəti də iştirak etmişdir.
Görüşün sonunda, Baş konsulluğun adından uşaqlara Bayram sovqatları (şəkərbura, paxlava və şorqoğalı) təqdim olunmuşdur.
Uşaqları hər zaman sevindirək!
Novruz Bayramınız Mübarək olsun!
 

Arxiv üzrə axtarış