2021-04-02

2021-ci ilin 02 aprel tarixində Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin nəznində fəaliyyət göstərən Dəniz Akademiyası ilə Azərbaycan Dövlət Dəniz Akademiyası arasında videformatlı görüş keçirilmişdir.

Videoformatlı görüşdə, Azəarbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e. Elmar Məmmədov, Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Baxıtjanoviç Axmetov, Dəniz Akademiyasının direktoru Bolat Sultanoviç Sarsenbayev, universitetin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Malika Elxan, beynəlxalq əlaqələr şöbəsinin aparıcı mütəxəssisi İlkin Orucov, Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris və tərbiyyə işləri üzrə prorektoru Zahid Ziyadxan oğlu Şərifov eləcə də elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektor Vüqar Böyükağa oğlu Sadiqov iştirak etmişlər.
Videoformatlı görüşü E.Məmmədov açıq elan edərək, Qazaxıstan və Azərbaycan arasında olan, iqtisadi, siyasi və qədim tarixə malik olan birliyimizi əsas rəhbər tutaraq, ölkələrimiz arasında digər məsələlər ilə yanaşı, elm və təhsil əlaqələrinin də inkişafının vacib olduğunu və bu münasibətlərin inkişafı üçün bütün vasitələrdən istifadə, eləcə də qazaxların Azərbaycanda, azərbaycanlıların isə Qazaxıstanda təhsil almaları üçün gənc nəsillərimizə şəraitin yaradılması, bu xüsusda lazımi tədbirlərin görülməsi istəqamətində müvafiq addımların daim atıldığı və atılacağını qeyd etmişdir. O, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin təhsil və gənc nəsil ilə bağlı apardığı siyasətdən və hal-hazırda onun siyasətini uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında olan təhsildə, idmanda, mədəniyyətdə və s. sahələrdə yaradılmış şəraitdən məlumat vermişdir.
Görüş zamanı, Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Baxıtjanoviç Axmetov, Dəniz Akademiyasının direktoru Bolat Sultanoviç Sarsenbayev və Azərbaycan Dövlət Dəniz Akademiyasının tədris və tərbiyyə işləri üzrə prorektoru Zahid Ziyadxan oğlu Şərifov akademiyalar arasında əlaqələrin gücləndirilməsi barədə müzakirə aparılmışdır.
Görüş səmərəli keçirilmişdir.
 

Arxiv üzrə axtarış