2021-04-03

2021-ci ilin 03 aprel tarixində, Qazaxıstan Respublikasının Mangistau, Atırau, Aktöbe və Qərbi-Qazaxıstan vilayətlərində təhsil alan azərbaycanlı tələbələr ilə “31 mart - Azərbaycanlıların soyqırımı”na həsr olunmuş video formatda tədbir keçirilmişdir.

Tədbiri, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov açıq elan edərək, 1918-ci il tarixində Azərbaycanın müxtəlif şəhərlərində erməni quldurları, eləcə də bolşevik dəstələri tərəfindən, dinc əhaliyə qarşı törədilmiş soyqırım, orada baş vermiş hadisələrdən, münaqişənin tarixindən, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1996-ci il tarixində “Azərbaycanlıların soyqırımı haqqında” imzalamış fərman ilə bu hadisəyə siyasi qiymətin verilməsi, hazırda Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin və Azərbaycanlı gənclərin, habelə dünyada fəaliyyət göstərən milli-mədəni birləşmələri tərəfindən görülən işlər barədə məlumat vermişdir.
O cümlədən qeyd etmək istərdik ki, tədbirdə Atırau vilayətində fəaliyyət göstərən Novruz” milli-mədəni cəmiyyətinin başçısı v.i.e. Abbas İmanov iştirak etmiş və gənclərə ermənilərin Azərbaycanda torətmiş fəhşilərindən danışmış, eləcə də 10 noyabr 2020-ci il tarixində əldə olunmuş parlaq Qələbəmiz ilə bağlı təbriklərini çatdırmışdır.
Bu xüsusda çıxış zamanı, Vətən Müharibəsində Qələbə qazandığımıza baxmayaraq və tariximizin qara səhifələrinin unudulmaması üçün, bu cür tədbirlərin keçirilməsinin, habelə gənclərin daha da aktiv iştirak etmələrinin vacib olduğu vurğulanmışdır.
 
 

Arxiv üzrə axtarış