2021-04-12
lk öncə məlumat üçün bildiririk ki, yaxın zamanda Aktau şəhərində “Azərbaycan Ticarət evi”nin açılışı planlaşdırılıb.
Bununla bağlı, Azərbaycan və Türkiyə arasında Aktau şəhərində ortaq işin yaradılması məqsədilə, videoformatlı görüş keçirilmişdir.
Görüşdə, Azərbaycan tərəfindən Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov, “Caspian Servis" MMC-nin İdarə Heyətinin sədri, Qazaxıstanda “Azərbaycan Ticarət evi”nin təsisçisi Rəhim Ələddin oğlu Sultanov, “Caspian Servis" MMC-nin baş memarı Sahib Eyyub oğlu Həsənov, memar Ayşə Kutvan, Türkiyə tərəfindən isə Türkiyə Respublikasının Aktau şəhərindəki Baş Konsulu Müzəffər Akyıldırım və Türkiyə Respublikasının Nur-Sultan şəhərindəki Səfirliyinin ticarət məsələləri üzrə müşaviri Oktay Selçuk iştirak etmişlər.
Görüşü E.Məmmədov açıq elan edərək, Azərbaycan və Türkiyə arasında olan iqtisadi, siyasi, humanitar, mədəniyyət və s. münasibətlərdən danışmış və Baş konsulluq tərəfindən bu layihəyə Türkiyənin iş adamlarının qoşulmasının da müsbət hal kimi göstərəcəyini və nümunəvi olacağını bildirmişdir.
Görüşdə, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırım çıxış edərək, bu cür layihələrin və qardaş ölkələr arasında birgə işin aparılmasının vacib olduğunu vurğulamışdır.
Görüş zamanı, məhz Aktau şəhərində yaradılacaq “Azərbaycan Ticarət evi”ndə Türkiyənin iş adamlarının, habelə Türkiyədə istehsal edilən malların nümayişi, həmçinin satışı üçün imkanlardan və buna şəraitin yaradılması barədə fikir mübadiləsi aparılmışdır.
Qeyd edilən məsələlərə dair, Qazaxıstanda “Azərbaycan Ticarət evi”nin təsisçisi Rəhim Ələddin oğlu Sultanov Türkiyənin iş adamları ilə birgə işin yaradılmasına müsbət baxdığını və bu işə dəstək olacağını, habelə bununla bağlı şirkət tərəfindən texniki araşdırmaların aprılacağı barədə məlumat vermişdir.
Görüş səmərəli keçirilmişdir.