2021-04-19

Azərbaycanın Mərkəzi Nəbatat (Botanik) Bağı” ilə “Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb” arasında 2021-ci ilin 19 aprel tarixində tanışlıq xarakteri daşıyan videoformatlı görüş keçirilmişdir.

Videoformatlı görüşdə, Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e. Elmar Məmmədov, Azərbaycanın Mərkəzi Nəbatat bağının direktoru Vahid Fərzəliyev, Azərbaycan MEA-nın xarici əlaqələr idarəsinin rəis müavini Günel Məmmədova, “Çiçəkçilik" laboratoriyasının elmi işçisi Ofeliya Qafarova, bölmə müdiri Fərid Seyfullayev, İctimai əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin əməkdaşı Yusif Əbiyev və "Ağac və kol bitkiləri" laboratoriyasının elmi işçisi, Rusiya Federasiyasının Təbiət Elmləri Akademiyasının professoru Tubuxanım Qasımzadə, Qazaxıstan tərəfindən isə “Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb”in direktoru Asel Beysembinova, onun müavini Laura Baytokayeva, biologiya müəllimi Güljan Nusipjanova və “Kimya " metodiki birliyinin rəhbəri Asem Ondasınova iştirak etmişlər.
Videoformatlı görüşü E.Məmmədov açıq elan edərək, Qazaxıstan və Azərbaycan arasında olan, iqtisadi, siyasi və qədim tarixə malik olan birliyimizi rəhbər tutaraq, ölkələrimiz arasında digər məsələlər ilə yanaşı, elm və təhsil əlaqələrinin də inkişafının vacib olduğunu və bu münasibətlərin inkişafı üçün bütün vasitələrdən istifadə, bu xüsusda lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq addımların daim atıldığı və atılacağını qeyd etmişdir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycanın bölgələrinin, xüsusi ilə Abşeron yarımadasının yaşıllaşdırılmasında böyük rol oynadığını, təbiətə qayğı ilə yanaşma və bu prinsiplər ilə aidiyyəti istiqamətdə digər mühüm işlər barədə, eləcə də hal-hazırda onun siyasətini uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu məsələlərə daim nəzarət edildiyi və buna oxşar sahələrdə görülmüş işlərdən məlumat vermişdir.
Görüş zamanı, Azərbaycan tərəfindən “Azərbaycanın Mərkəzi Nəbatat bağı”nın direktoru Vahid Fərzəliyev çıxış etmişdir. O, video-konfrans iştirakçılarını salamlayaraq, Azərbaycan tərəfindən qardaş Qazaxıstan xalqına lazımi yardımların ediləcəyi və Mangistau vilayətində yeni Nəbatat bağlarının yaradılmasında Azərbaycanın təcrübəsindən də istifadə etmələri üçün şəraitin yaradılacağını qeyd etmişdir. Daha sonra, Ofeliya Qafarova, Fərid Seyfullayev və Tubuxanum Qasımzadə Azərbaycanda fəaliyyət göstərən Nəbatat bağlarının yaranma tarixindən danışılmış, yeni icad edilən çiçəklər haqqında video-çarx təqdim olunmuş və gələcəkdə olan planlardan da məlumat vermişlər. Onuda qeyd etmək istərdik ki, F.Seyfullayevdən “Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb”in “Ağıllı cümə axşamı” layihəsi çərçivəsində yaxın gələcəkdə mühazirə oxumasını qarşı tərəf xahiş etmişdir. Bu müraciətə F.Seyfullayev müsbət cavab vermiş, Azərbaycanda Nəbatat bağları, eləcə də bununla bağlı aparılan işlər barədə mühazirələr oxuyacağını qeyd etmişdir.
Daha sonra, “Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb”in direktoru Asel Beysembinova çıxış edərək, iştirakçıları salamlamış, “Azərbaycanın Nəbatat Bağı”nın rəhbərliyini, eləcə də əməkdaşlara görüşün keçirilməsinə razılıq verdikləri üçün dərin təşəkkür bildirmişdir. O çıxış zamanı, rəhbərlik etdiyi məktəbdən məlumat vermiş və məktəbin nəznində fəaliyyət göstərən laboratoriyadan, şagirdlər tərəfindən yaradılmış istixanadan və məktəb ərazisində aparılan yaşıllaşdırma işləri barədə söhbət açmışdır. Bununla yanaşı, məktəbin biologiya üzrə müəllimi Güljan Nusipjanova mühazirə ilə çıxış etmiş, habelə “Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb”in görüləcək və görülmüş işlərindən, tarixindən və imkanlarından bəhs edən videoçarx təqdim etmişdir.
Görüş zamanı, tərəflər arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmış və bu görüşlərin daim keçiriləcəyinə qərar verilmişdir.
 

Arxiv üzrə axtarış