2021-05-08

İlk öncə məlumat üçün bildiririk ki, cari ilin 1 mart tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə istismara verilən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC- yə (ASCO) məxsus Ro - Pax tipli “Azərbaycan" gəmi – bərəsi 7 may 2021-ci il tarixində Qazaxıstan istiqamətində ilk səfərinə çıxmışdır.

Bununla belə, Ro - Pax tipli “Azərbaycan” gəmi - beresi cari ilin 8 may tarixində Qazaxıstan Respublikasının "Kurik" limanına daxil olmuşdur. Gemi bərənin təntənəli qarşılamasında, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e. Elmar Məmmədov, Mangistau vilayət Akimin birinci müavini Bekbol Orinbasarov, digər müavini Abzal Mendibayev, Qazaxıstan Dəniz limanları administrasiyasının rəhbəri Nurbol Ermanov, “Kurik" limanının rəhbəri Serik Axmetov və digər rəsmilər iştirak etmişdir.

Təntənəli qarşılamada, Mangistau vilayət Akiminin birinci müavini Bekbol Orinbasarov çıxış edərək, Ro - Pax tipli "Azərbaycan” gəmi - bərəsi məhz Qazaxıstana gəlməsinin böyük şərəf olduğunu bildirmişdir. O, kapitan Ayaz Pirmuradovu, elecə de Baş konsulluğu Ro - Pax tipli "Azerbaycan" gemisinin həyata keçirdiyi ilk səfər münasibətilə təbrik etmiş və ölkələrimiz arasında mövcud olan münasibetləri yüksək qiymətləndirərək, təşəkkürünü bildirmişdir.

Daha sonra, Elmar Məmmədov da öz növbəsində Azərbaycan istehsalı olan yeni gəmi - bərənin ilk səfərinin əhəmiyyətindən danışmış, eləcə də Azərbaycanda tikilib istifadəyə verilən yeni gəmi - bərə Şərq - Qərb Nəqliyyat Dəhlizinin bir hissəsi olan Trans – Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətinə də öz töhfəsini verəcəyini qeyd etmişdir.

Təntənəli qarşılamanın sonunda, "Kurik" limanının rəhbəri Serik Axmetov gəmi kapitanına "Azərbaycan" gəmi - bərəsinə hədiyyə olaraq, rəsm əsəri təqdim etmişdir.

Sonda, tədbir iştirakçıları "Azərbaycan” gəmi - bərəsinə baxış keçirərək, onun imkanları ilə yaxından tanış 

Arxiv üzrə axtarış