Cari ilin 11 iyun tarixində Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov Mangistau vilayətinin Mərkəzi Seçkilər komissiyasının sədri Askar Kiikbayeviç Rzaxanov ilə Mangistau vilayətində fəaliyyət göstərən Qazaxıstan Xalqlar Assambleyasının inzibati binasında görüş keçirmişdir.
İlk öncə qeyd etmək istərdik ki, vilayətdə 231 sahə üzrə seçki məntəqələri yerləşir və Aktau eləcə də Janaozen şəhərləri, habelə Beyneus, Karakiyan, Mangistau, Munalay və Tupkaraqan rayonlarından ibarətdir.
A.Rzaxanova ağır iş qrafikasına baxmayaraq görüşün keçirilməsinə razılıq verdiyi üçün dərin təşəkkür bildirilmişdir.
Görüş zamanı, A.Rzaxanov E.Məmmədovu salamlayaraq, vilayətdə keçiriləcək aul (kənd) akimlərinin (şəhər başçısı) seçkiləri barədə məlumat vermişdir. O, bildirmişdir ki bu cür səviyyədə olan seçkilər Qazaxıstanın ilk seçkiləridir və cəmiyyətdə, bu xüsusda kəndlərdə demokratiyanın inkişafının ilkin mərhələ yoludur. Bununla yanaşı, A.Rzaxanov Azərbaycanda keçirilən Milli Məclis və Prezident seçkilərində xarici müşahidəçi qismində Qazaxıstan Respublikası tərəfindən iştirak etdiyini, habelə adı çəkilən seçkilərin yüksək səviyyədə, açıq və şəffaf keçirildiyini də qeyd etmişdir. Bununla yanaşı, Azərbaycanda keçirilən seçki prosesindən yaxından tanış olduğu zaman, həmin seçkinin nümunəvi olduğunu da vurğulamışdır.
Fikir mübadiləsi zamanı, E.Məmmədov öz tərəfindən Mangistau vilayətində vilayət üzrə Mərkəzi Seçki Komissiyası tərəfindən aul akimlərinin keçirəcəyi seçkilərin yüksək səviyyədə olacağını və bu çətin işdə komissiya üzvlərinə xoş sözlərini, habelə keçiriləcək seçkinin uğurlu nəticə ilə bitməsini arzu etmişdir. Bununla yanaşı, Azərbaycanda keçirilən bələdiyyə seçkilərindən məlumat vermiş və Qazaxıstan tərəfinin Azərbaycanda bu sahə üzrə olduğu təcrübə öyrənilməsi məqsədilə və buna ehtiyac olduğu təqdirdə, bütün lazımi kömək ediləcəyini də vurğulamışdır.