2021-06-28

Сari ilin 28 iyun tarixində Qazaxıstan Respublikasında keçirilən “Rabitə və informasiya işçiləri günü” münasibətilə Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov Aktau şəhərində fəaliyyət göstərən “Mangistau Media” xəbərlər qrupunun yeni binasının istismara verilməsinə dair keçirilən təntənəli tədbirdə fəxri qonaq qismində iştirak etmişdir.

Tədbirdə, “Mangistau Media” qrupunun rəhbəri Aysulu Kabışovna Dutbayeva , Mangistau vilayətinin Akim müavini Gülmira Muratovna Kalmuratovna, “MANGİSTAU TV”nın rəhbəri Bekzat Bakberqenulı Jusupov , diplomatik korpus, mətbuat işçiləri və ziyalılar iştirak etmişdir.
Tədbiri, A.K.Dutbayeva açıq elan edərək binanın önündəki qırmızı lenti kəsmişdir. Daha sonra çıxış edərək, “Mangistau Media” qrupunun tarixindən və mövcud vəziyyətdən danışmışdır. Tədbirdə, digər gonaqlar ilə yanaşı, Baş konsulluğun başçısı v.i.e. E.Məmmədov da çıxış etmişdir. O, Mangistau Media” qrupunun rəhbərliyini, habelə kollektivini yeni binaya köçdükləri səbəbindən, eləcə də bütün mətbuat orqanlarının nümayəndələrini peşə bayramları münasibətilə təbrik etmişdir.
Çıxışın sonunda, A.K.Dutbayevaya Baş Konsulluğun adından “Mangistau Media” qrupuna Azərbaycanın milli-musiqi alətlərinə aid hədiyyə təqdim olunmuşdur.
Tədbir dostluq şəraitində keçirilmiş və xatirə şəkili çəkilmişdir.
 

Arxiv üzrə axtarış