2021-08-03

Özbəkistan Respublikasının Aktau şəhərindəki Baş Konsulu Turqunov Nodirjon Curabayeviçin dəvəti ilə cari ilin 3 avqust tarixində sağollaşma tədbiri keçirilmişdir. Qeyd etmək istərdik ki, N.Turqunov Özbəkistan Respublikasının Səudiyyə Ərəbistanın Ciddə şəhərinə Baş konsul vəzifəsinə təyin edilmişdir.

Əlavə olaraq bildiririk ki, N.Turqunov Azərbaycan Respublikasının Baş konsulluğu ilə bütün müddət ərzində sıx əməkdaşlıq edərək, keçirilən hər bir tədbirlərdə fəal iştirak etmişdir. Onunla, yaxın və dostluq münasibətləri mövcud idi.
Sağollaşma mərasimində, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov çıxış edərək ölkələrimiz arasında mövcud olan əlaqələrin yüksək səviyyədə olduğundan, Özbəkistanın Azərbaycana Vətən müharibəsi zamanı göstərdiyi dəstəklərdən və iki ölkə arasında iqtisadi, mədəni və siyasi münasibətlərin inkişafından söz açmışdır.
N.Turqunova yeni işində uğur və müvəffəqiyyətlər arzu edilmişdir. Bu xüsusda, N.Turqunova Baş konsulluğun adından xatirə üçün, Azərbaycanın milli-musiqi alətlərini özündə əks etdirən hədiyyə təqdim olunmuşdur.
 
 

Arxiv üzrə axtarış