2021-10-04

Cari ilin 27 sentyabr tarixindən, 01 oktyabr tarixinədək Mangistau vilayətində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin Turizm və Dillər fakültəsinin təşkilatçılığı ilə (“Beynəlxalq təhsil proqramının koordinatoru” - Orucov İlkin Yusif oğlu və fakültə dekanın müavini Zhılkıbayeva Marjan Sarsekeşovna) “Dil həftəsi” adlı tədbir keçirilmişdir.

Tədbirin açılışında, müəllimlər və tələbələr tərəfindən dünya xalqlarına aid şeirlər, mahnıların ifası, milli rəqslər nümayiş edilmiş və müxtəlif viktorinalar, eləcə də mühazirələr oxunulmuşdur. Bununla yanaşı, tədbir iştirakçılarına dünya xalqlarının milli şirniyyatı və yeməkləri təqdim edilmişdir. Adı çəkilən tədbirdə Azərbaycanı qazax tələbələrindən ibarət olan "Beynəlxalq Münasibətlər" ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələri təmsil etmişlər.
Tələbələr, Azərbaycanın Dövlət bayrağını əlləri ilə çəkmiş və Azərbaycanın tarixindən, habelə ölkəmizin bu günki imkanlarından tədbir iştirakçılarına mühazirələr oxumuşlar. Bununla yanaşı, Azərbaycan mətbəxindən şirniyyatlar və yeməklər tədbir iştirakçılarına təqdim edilmişdir.
Bununla bağlı, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğu tərəfindən tədbirdə Azərbaycan Respublikasını yüksək səviyyədə təmsil etmələri üçün, hərtərəfli yardım göstərilmişdir.
 

Arxiv üzrə axtarış