2021-10-05

Akademik X.B.Tabıldeyevin 85 illiyi münasibətilə “Beynəlxalq münasibətlərin problemləri və regionşünaslıq” mövzusunda beynəlxalq elmi onlayn forumu keçirilmişdir.

Сari ilin 30 sentyabr tarixində X.B.Tabıldiyev adına Xəzər regionunun Tarix, Arxeologiya və etnologiya üzrə Elmi-Tədqiqat İnstitutu, Halel Dosmuhamedov adına Atırau Dövlət Universiteti ilə birlikdə “Qazaxıstan Respublikasının müstəqilliyinin otuzuncu ildönümü və Akademik X.B.Tabıldeyevin 85 illiyi münasibətilə “Beynəlxalq münasibətlərin problemləri və regionşünaslıq” mövzusunda beynəlxalq elmi onlayn forumu keçirilmişdir. Bununla bağlı, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov da video formatlı foruma qoşulması üçün dəvət olunmuşdur.

Forumu, “H.Dosmuhamedov adına Atırau Universiteti”nin idarə heyətinin sədri İdrisov Salamat Nurmuhanoviç açıq elan etmiş və iştirakçıları salamlayaraq, universitetin tarixindən, eləcə də bu cür forumların keçirilməsinin vacib olduğunu, habelə forumda ilk dəfə Azərbaycan Respublikasının rəsmilərinin iştirakını xüsusilə qeyd edərək, təşəkkürünü bildirmişdir.

Arxiv üzrə axtarış