2021-10-05

Cari ilin 01 oktyabr tarixində Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində yerləşən və fəaliyyət göstərən “Əbiş Kekilbayulı adına Mangistau regional Tarixi-Diyarşünaslıq Muzeyi”-nə Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov səfər etmiş və həmin muzeyin direktoru Sultanbek Janbolatulı Kudaybergen ilə görüş keçirmişdir.

İlk öncə, S.Kudaybergen Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədovu salamlayaraq, səfərin, habelə görüşün qısa zaman ərzində baş tutduğuna görə təşəkkür bildirmişdir.

Görüş, ilk öncə “Əbiş Kekilbayulı adına Mangistau regional Tarixi-Diyarşünaslıq Muzeyi”-ndə yerləşən Qazaxıstanın ictimai və siyasi xadimi, əmək qəhrəmanı, Qazaxıstanın Xalq Yazıçısı Əbiş Kekilbayulının ekspozisiya zalından başlamışdır. Xüsusilə qeyd etmək istərdik ki, ekspozisiya zalında, digər hədiyyələr və şəxsi əşyaları (eksponatlar) arasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən Əbiş Kekilbauylıyə hədiyə edilmiş xalça, xüsusi yer tutmuşdur.

Daha sonra, muzeyin Xəzər dənizinin flora və faunası, Təbiət və Arxeologiya zallarına baxış keçirilmişdir. Xüsusilə qeyd etmək istərdik ki, Arxeologiya zalında 14-15-ci əsrlərə aid və Azərbaycan ərazisində istehsal olunan “suvarma qablarının və suvarma qablarının dağıntıları” yerləşdirilmiş eksponatlar da ayrıca olaraq göstərilmişdir .

Söhbət zamanı, S.Kudaybergen 1975-ci ildə yaradılmış Mangistau regional Tarixi-Diyarşünaslıq Muzeyi Qazaxıstan Respublikasının böyük mədəniyyət mərkəzlərindən biri, eləcə də tarix, arxeologiya, etnoqrafiya, təbiət və mədəniyyət üzrə kolleksiyalarının 55 mindən çox eksponatı olduğunu bildirmişdir. E.Məmmədov isə muzeydə Heydər Əliyevin Ə.Kekilbayulıya hədiyyəsini ən gözəl güşəsində xüsusilə saxlanılmasına, bununla yanaşı Azərbaycana dair tarixi eksponatların mövcud olduğuna xüsusi hislər keçirdiyini və buna şad olduğunu bildirmişdir.

Arxiv üzrə axtarış