2020-ci ilin 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan - Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək, hücuma keçməyə cəhd göstərdiyi zaman və düşmən hücumunun qarşısını alarkən, döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu – şəhid olan çavuş Sadıqov Vüqar Lətif oğlunun Aktau şəhərində yaşayan bacısı, Zibeydə Lətif qızı Sadıqova ilə yaşadığı evində görüş keçirilmişdir.
Zibeydə Lətif qızı Sadıqova ilə yaşadığı evində görüş keçirilmişdir.
Görüş zamanı, E.Məmmədov Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımızın rəhbərliyi altında və müzəffər ordumuzun gücü ilə İkinci Dağlıq Qarabağ müharibəsinin parlaq qələbə ilə başa çatması, torpaqlarımızın düşmən tapdağından azad olunması, şəhid habelə qazı olan oğul və qardaşlarımızın sayəsində olduğunu vurğulayaraq, şəhid olan qardaşımız V.L.Sadıqova, həmçinin bütün şəhidlərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə isə tezliklə sağalmasını arzu etmişdir.
Xüsusilə bildirmək istərdik ki, həmin zaman şəhidimizin anası Zeynəb Balabəy qızı Sadıqova ilə də videogörüntülü görüş keçirilmişdir. Söhbət zamanı, E.Məmmədov öz adından, həmçinin Baş konsulluğun və Qazaxıstanda yaşayan azərbaycanlıların adından Z.Sadıqovaya baş sağlığı vermiş və onun simasında bütün şəhid analarının qarşısında baş əydiyini vurğulamışdır. Z.Sadıqova öz tərəfindən isə, “Vətən sağ olsun” deyərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğıya və dəstəyə görə, həmçinin Baş konsulluğun diqqətinə görə təşəkkürünü bildirmişdir.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin!