2021-10-22

Cari ilin 19-21 oktyabr tarixlərində Qazaxıstan Respublikasının Sənaye və İnfrastruktur İnkişafı Nazirliyi, Mangistau vilayətinin Akimatlığının, eləcə də digər mühüm dövlət və qeyri-dövlət təşkilatlarının dəstəyi ilə “Aktau Beynəlxalq Dəniz Ticarət Limanı” tərəfindən 2-ci “Caspian Ports and Shiping 2021” beynəlxalq konfransı keçirilmişdir.

Tədbir, “Rixos Water World Aktau” otelində təşkil olunmuşdur.

Konfransın proqramında dünya səviyyəli nəqliyyat və logistika üzrə ən azı 30 təşkilat, Dünya Bankının bir sıra yüksək vəzifəli şəxsləri, Avropa İttifaqının Qazaxıstandakı səfiri, Avropa İttifaqı ölkələrinin səfirləri, dövlət orqanlarının, liman və gəmiçilik şirkətlərinin rəhbərləri, eləcə də nəqliyyat sektoru şirkətləri iştirak ediblər. Həmçinin, E.Məmmədov da fəxri qonaq qismində tədbirdə iştirak etmişdir.

Qeyd edilən tədbirin əsas məqsədi, həm dövlət, həm də özəl sektorlardan müxtəlif şirkətlərin qarşılıqlı fəaliyyətinin əsaslarını birləşdirmək və gücləndirməkdən ibarətdir. Bununla yanaşı, Asiya ilə Avropa arasında ticarət yollarının inkişafına yönələn qərarların axtarışları müzakirəsi idi.

Tədbir çərçivəsində, Aktau Beynəlxalq Dəniz Ticarət Limanı və Kurık Beynəlxalq Dəniz Ticarət Limanı ilə yaxından tanış olmaq məqsədilə, yerlərə baxış keçirilmişdir.

Xüsusi olaraq bildiririk ki, adı çəkilən konfransda “Bakı Limanı”nın rəsmi nümayəndələri yüksək səviyyəli və iştirakçılar tərəfindən böyük maraqla qarşılanan xüsusi stend ilə ölkəmizi təqdim etmişlər.

Arxiv üzrə axtarış