2021-10-28

Cari ilin 28 oktyabr tarixində Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitet ilə Bakı Dövlət Universiteti arasında video-konfrans keçirilmişdir.

Görüş zamanı, universitetlər arasında “ikidiplomlu proqramın”, həmçinin akademik mobillik üzrə distant təhsil alınmasına dair imkanların araşdırılması və bu məsələdə universitetlər arasında birgə işin təşkil edilməsi barədə müzakirələr aparılmışdır.

Bildirmək istərdik ki, Qazaxıstan və Azərbaycan arasında olan, iqtisadi, siyasi və qədim tarixə malik olan birliyimizi əsas rəhbər tutaraq, ölkələrimiz arasında digər məsələlər ilə yanaşı, elm və təhsil əlaqələrinin də inkişafının vacidir və bu münasibətlərin inkişafı üçün bütün vasitələrdən istifadə, eləcə də qazaxların Azərbaycanda, azərbaycanlıların isə Qazaxıstanda təhsil almaları üçün gənc nəsillərimizə şəraitin yaradılması, bu xüsusda lazımi tədbirlərin görülməsi istəqamətində müvafiq addımların daim atıldığı və atılmasıdır.

Görüş zamanı, tələbələrin mübadiləsi və s. məsələlərə dair fikir mübadiləsi aparılmış və mövcud olan texniki məsələlərin həlli istiqamətində danışıqların aparılacağı da qeyd olunmuşdur.

Tədbir zamanı, Baş konsulluğun başçısı E.Məmməov da çıxış etmişdir. O, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin təhsil və gənc nəsil ilə bağlı apardığı siyasətdən və hal-hazırda onun siyasətini uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında olan təhsildə, idmanda, mədəniyyətdə və s. sahələrdə yaradılmış şəraitdən məlumat vermişdir.

Görüş dostluq şəraitində keçirilmişdir.

Arxiv üzrə axtarış