Cari ilin 29 oktyabr tarixində adları çəkilən təhsil ocaqları arasında videoformatlı görüş keçirilmişdir.
Cari ilin 29 oktyabr tarixində adları çəkilən təhsil ocaqları arasında videoformatlı görüş keçirilmişdir.
Videoformatlı görüşdə, Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e. Elmar Məmmədov, “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi”-nin direktoru Aygün Arif qızı Mikayılova, onun müavini Anar Məmmədov, müəllim heyəti, Qazaxıstan tərəfindən isə “Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb”in direktoru Asel Beysembinova, onun müavini Laura Baytokayeva, müəllim heyəti və digərləri iştirak etmişlər.
Videoformatlı görüşü E.Məmmədov açıq elan edərək, Qazaxıstan və Azərbaycan arasında olan, iqtisadi, siyasi və qədim tarixə malik olan birliyimizi rəhbər tutaraq, ölkələrimiz arasında digər məsələlər ilə yanaşı, elm və təhsil əlaqələrinin də inkişafının vacib olduğunu və bu münasibətlərin inkişafı üçün bütün vasitələrdən istifadə, bu xüsusda lazımi tədbirlərin görülməsi istiqamətində müvafiq addımların daim atıldığı və atılacağını qeyd etmişdir. O, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təhsil ilə bağlı gördüyü mühüm işlər barədə, eləcə də hal-hazırda onun siyasətini uğurla davam edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu məsələlərə daim nəzarət edildiyini və buna oxşar sahələrdə görülmüş işlərdən ümumi məlumat vermişdir. Bu xüsusda, E.Məmmədov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Qazaxıstanın yelbası Nursultan Nazarbayevin adlarını daşıyan təhsil ocaqları arasında birgə işin, tədbirlərin, bilik və bacarıq mübadiləsinin aparılması, mühazirələrin oxunması və digər vacib addımların atılacağı, bununla yanaşı ölkələrimiz arasında mövcud olan təhsil münasibətlərinə və nəyinki simvolik, eləcə də əsas prioritetlərdən biri kimi, yeni səhifənin açılmasına təkan olduğunu vurğulamışdır.
Görüş zamanı, Azərbaycan tərəfindən “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi”-nin direktoru Aygün Arif qızı Mikayılova çıxış etmişdir. O, video-konfrans iştirakçılarını salamlayaraq, qardaş Qazaxıstan xalqı ilə, o cümlədən “Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb”i ilə münasibətlərin yaradılmasına və bilik, eləcə də təcrübənin qarşılıqlı mübadiləsinə böyük maraq göstərdiklərini qeyd etmişdir. Daha sonra, tədbir iştirakçılarına “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi”-nə dair videoçarx göstərilmiş və məktəbin xüsusiyətlərindən, tarixindən və mövcud olan hədəflərindən söz açılmışdır.
Daha sonra, “Nazarbayev kimyəvi və bioloji yönümlü intellektual məktəb”in direktoru Asel Beysembinova çıxış edərək, iştirakçıları salamlamışdır. O, “Heydər Əliyev adına Müasir Təhsil Kompleksi”-nin rəhbərliyinə, eləcə də əməkdaşlara görüşün keçirilməsinə razılıq verdikləri üçün dərin təşəkkür bildirmişdir. Bu xüsusda çıxış zamanı, rəhbərlik etdiyi məktəbin tarixindən məlumat vermiş və mövcud olan imkanlarından, təhsil proqramından və digər vacib məqamlardan söhbət açmışdır. Bu xüsusda, məktəbə dair videoçarx nümayiş olunmuşdur.
Görüş zamanı, tərəflər arasında müxtəlif məsələlərə dair fikir mübadiləsi aparılmışdır. Hər iki tərəf cari görüşdən razı olduqlarını və yaxın zamanda bu cür görüşlərin keçirilməsi, eləcə də təhsil ocaqları arasında prioritetdə olan münasibətlərin inkişafı üçün lazımi tədbirlərin görülməsinin vacib olduğu müəyyən olunmuşdur.
Beləliklə, bu cür görüşlərin daim keçiriləcəyinə qərar verilmişdir.