Bildirmək istərdik ki, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov Mangistau vilayətinin Akimatlığı adından “Mangistau vilayətinin sosial-iqtisadi həyatının inkişafına dair dəstəyə görə” Fəxri Fərman ilə təltif edildiyi səbəbindən, eləcə də adı çəkilən fərmanın rəsmi olaraq təqdim edilməsi məqsədilə Akimatlığın inzibati binasına dəvət olunmuşdur.
Bununla belə, qeyd edilən Fəxri Fərmanı E.Məmmədova Mangistau vilayət Akiminin müavini Bekbol Tileumoratoviç Orınbasarov təqdim etmişdir. O, E.Məmmədova Mangistau vilayətinin Akimatlığı adından təşəkkür bildirmiş və Baş konsulluğun vilayətdə gördüyü işləri yüksək qiymətləndirərək razı qaldıqlarını, eləcə də Baş konsulluğun işində müvəffəqiyyətlər arzulamışdır. O, hazırda təqdim olunan Fəxri Fərmanın Akimatlıqda mövcud olan müxtəlif fərmanlar arasında, ən yüksək səviyyədə sayıldığını vurğulamışdır.
E.Məmmədov bununla əlaqədar vilayət rəhbərliyinə Baş konsulluğun işinə yüksək qiymət verildiyi və göstərdiyi dəstəyə, habelə işlə bağlı yaranan çətinliklərin aradan qaldırılması istiqamətində göstərilən yardımlara görə dərin təşəkkürünü bildirmişdir.