2021-12-14

Cari ilin 18 noyabr tarixində, Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin inzibatı binasında, "Xəzəryanı regionun beynəlxalq münasibətləri" ilə bağlı təhsil proqramının təkmilləşdirilməsi və aktuallaşdırılması çərçivəsində "Beynəlxalq Münasibətlər və Turizm" kafedrası təşəbbüsü ilə dəyirmi masa ətrafında görüş keçirilmişdir.

Görüşdə, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e. Elmar Məmmədov, Türkiyə Respublikasının Baş konsulu Müzəffər Akyıldırım, Türkmənistanın Baş konsulu Muhammetnur Muhammetberdiyeviç Ovezov və İran İslam Respublikasının Baş konsulu Habibolla Malakuti Far iştirak etmişlər. Universitet tərəfindən isə, "Turizm və dillər" fakültəsinin dekanı Rısqul Koyşıgulovna, "Beynəlxalq Münasibətlər və turizm" kafedrasının müdiri Janqojayeva Elvira Temirxanovna, "Beynəlxalq münasibətlər" təhsil proqramının koordinatoru Orucov İlkin Yusif oğlu və digərləri iştirak etmişlər.

Qeyd etmək istərdik ki, Universitetin "Beynəlxalq Münasibətlər və turizm" kafedrasının bazasında daxili və xarici regional əmək bazarında uğurla rəqabət apara biləcək yüksək peşəkar səviyyəli mütəxəssislərin hazırlanması üçün yeni "Xəzəryanı regionun beynəlxalq münasibətləri" təhsil proqramı yaradılmışdır. Bu ixtisas üçün ənənəvi fənlər - tarix, beynəlxalq münasibətlər və beynəlxalq təhlükəsizlik nəzəriyyələrini əhatə etməklə yanaşı, proqramın tələbələri Xəzəryanı dövlətlərin hər birinin siyasi sistemi və xarici siyasi inkişaf istiqamətləri ilə bağlı əsas fənlərin bütün blokunu kompleks şəkildə öyrədəcəkdir.

Bu xüsusda, "Xəzəryanı regionun beynəlxalq münasibətləri" təhsil proqramına dair müvafiq videoçarx göstərilmiş, hədəflər qeyd olunmuşdur. 

Arxiv üzrə axtarış