Cari ilin 1-2 dekabr tarixlərində Qazaxıstan Respublikasının Mangistau vilayətinin Aktau şəhərində fəaliyyət göstərən Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin 45-ci ildönümü ilə bağlı, eləcə də Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və elmi-tədqiqat mərkəzləri Assosiasiyasının 25-ci ildönümü ilə bağlı tədbirlər keçirilmişdir.
Qeyd etmək istərdik ki, Qazaxıstan Respublikasının təhsil ocaqlarının nümayəndələri ilə yanaşı adı çəkilən tədbirlərdə İran İslam Respublikasının, Rusiya Federasiyasının, Türkmənistanın və Azərbaycan Respublikasının müxtəlif təhsil ocaqlarının nümayəndələri də iştirak etmişlər (iştirakçıların siyahısı və forumun proqramı əlavə olunur).
Bununla bağlı, universitetinin 45-ci ildönümünün şərəfinə Mangistau vilayətinin Akimi Nurlan Noqayev, Xəzəryanı dövlətlərin ali təhsil müəssisələri və elmi tədqiqat mərkəzləri Assosiasiyasının icraçı direktoru Yuri Pimenov, Qazaxıstan Respublikasının Ali Təhsil Müəssisələri Assosiasiyasının prezidenti Rəhman Alşanov, Qazax neft və Qaz İnstitutunun direktoru Jaksıbəy Kulekeyev, Almatı Menecment Universitetinin prezidenti Asılbek Kojmetov, Aktau şəhərində akkreditə olunmuş diplomatik korpus, müəllim heyəti, jurnalistlər və tələbələrin iştirakı ilə Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin inzibatı binasında, iki günlük forum keçirilmişdir. Bununla bağlı, universitetin iki gün davam edəcək "Yessenov Forum: yeni mənalar" adlı forumunun açılış mərasimi keçirilmişdir.
Forumu, Mangistau vilayətinin Akimi Nurlan Noqayev açıq elan edərək, qonaqları salamlamışdır. Daha sonra, Ş.Yesenov adına Universitetin rektoru Berik Baxıtjanoviç Axmetov çıxış etmişdir. O, Universitetin yaranma tarixindən, universitetin gördüyü işlərdən və hədəflərdən söz açmışdır. Bu xüsusda, yaxın 5 il üçün universitetin inkişaf perspektivlərini müəyyən edən atılacaq mühüm addımlardan danışmışdır.
Tədbir zamanı, xüsusi iştirakçılar müxtəlif mövzulara dair mühazirələr ilə çıxış etmişlər. Bu xüsusda, Ş.Yesenov universiteti barədə də tədbir iştirakçılarına və qonaqlara məlumat verilmiş, eləcə də videoçarxlar göstərilmişdir.
Xüsusi yer, Azərbaycan Respublikasının nümayəndələri almışlar. Bununla belə, Azərbaycan Turizm və Menecment Universitetinin “Mehmanxana və restoran biznesi” kafedrasının müdiri professor Novruz Əmirxan oğlu Quliyev və Azərbaycan Texniki Universitetinin ekologiya kafedrasının professoru Babayev Mir-Yusif iştirak etmişlər.
Tədbir cari ilin 2 dekabr tarixinin ayrı gününədək universitetin inzibati binasında davam etmişdir.
Günün sonunda universitetin adından qonaqlara “Caspia Riviera Grand Palace” otelində ziyafət verilmişdir.
Cari ilin 2 dekabr tarixində isə Aktau şəhərində yerləşən “Xalqlar Assambleyası”nın inzibati binasında Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və elmi-tədqiqat mərkəzləri Assosiasiyasının XXIII Baş Assambleyasının dəyirmi masa ətrafında görüş keçirilmişdir (tədbirin proqramı əlavə olunmuşdur).
Görüşü, Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və elmi-tədqiqat mərkəzləri Assosiasiyasının XXIII Baş Assambleyasının icraçı direktoru Yuri Pimenov açıq elan edərək, assosiyasıyanın iştirakçılarını salamlayaraq, həmkarlarını təbrik etmişdir. Bildirmək istərdik ki, görüşə Assosiyasıya üzvləri onlayn şəkildə də qoşulmuşlar. Qeyd etmək istərdik ki, görüşdə Xəzəryanı dövlətlərin təhsil ocaqlarının rektorları və nümayəndələri iştirak etmişlər. Onuda qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Bakı Dövlət Universitetinin rektoru Elçin Səfərəli oğlu Babayev onlayn şəkildə qoşularaq, çıxış etmişdir.
Tədbirin əsas məqamlarından biri, Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Baxıtjanoviç Axmetov Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və elmi-tədqiqat mərkəzləri Assosiasiyasının sədri təyin edilmişdir. Daha sonra, Aktau şəhərində fəaliyyət göstərən “Rixos” otelində Mangistau vilayətinin Akimi Nurlan Noqayevin, eləcə də Ş.Yesenov adına Xəzər Dövlət Texnologiya və Mühəndislik Universitetinin rektoru Berik Axmetovun adlarından ziyafət verilmişdir. Qeyd etmək istərdik ki, Ş.Yesenov adına universitetin 45-ci ildönümü, eləcə də Xəzəryanı Ölkələrin Dövlət Universitetləri Assosiasiyasının və elmi-tədqiqat mərkəzləri Assosiasiyasının 25-ci ildönümü ilə bağlı, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunun başçısı v.i.e Elmar Məmmədov təbrik sözləri ilə çıxış etmişdir.