2021-12-30

Bildiririk ki, Natalia Zaderetskaya tərəfindən müəllifi olduğu və Qazaxıstanın ictimai xadimi Mendeş Salixova həsr olunmuş "Həyata keçirilən ideyalar" kitabının təqdimat mərasimi cari ilin 17 dekabr tarixində “Caspian Riviera Grand Palace” otelində keçirilmişdir.

Mərasimdə, Mangistau vilayətinin Akimi Nurlan Noqayev, onun müavinləri, “Dostluq” milli-mədəni cəmiyyətinin rəhbəri Şəmsəddin Hüseynov, bununla yanaşı digər milli icmaların rəhbərləri və nümayəndələri, eləcə də ziyalılar iştirak etmişlər. Tədbirdə, Baş konsulluğun başçısı E.Məmmədov da fəxri qonaq qismində iştirak etmişdir.

Mərasimdə, E.Məmmədova da söz verilmişdir.

Çixiş zamanı, E.Məmmədov öz tərəfindən, N.Zaderetskayanı yeni çapa verilmiş kitabı ilə bağlı təbrik etmiş, M.Salixova isə ən xoş arzularını çatdırmışdır. Bununla yanaşı, keçmiş Qazaxıstanda və hal-hazırda Türkiyə Respublikasında Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədovun adından təbrik-təşəkkür müraciətini oxumuşdur.

Xüsusilə bildirmək istərdik ki, məhz M.Salixovun təşəbbüsü ilə Qazaxıstan Respublikasının Mangistau vilayətində müxtəlif xalqların milli-icmaları fəaliyyətə başlamışdır. Onlardan biri, Mangistau vilayətində yaşayan azərbaycanlıların “Dostluq” milli-mədəni cəmiyyətidir.

Qeyd etmək istərdik ki, Natalia Zaderetskaya ilə uzun müddətdir ki Baş konsulluq arasında sıx əməkdaşlıq mövcuddur. Belə ki, Baş konsulluq ilə birlikdə, Baş konsulluğun layihəsi ilə 2010-cu il tarixində - «Два народа-одна судьба», 2015-ci il tarixində - «Вечная дорога – жизнь» kitablar çap edilmiş və həmin ildə «Священный Мангистау – сакральный Азербайджан» adlı fotosərgi keçirilmişdir. Bununla yanaşı, Baş konsulluğun dəstəyi ilə «Карты святынь мира с сакральной нумерологией «360, 362, 363, 365» layihəsi həyata keçirilmişdir.

M.Salixova gəldikdə isə, o, 1982-ci ildən 1991-ci ilədək Partiya Komitəsinin katibi, Qazaxıstan KP-nin Şevçenko QK-nın ikinci katibi, Şevçenko qorispolkomunun sədri, Mangistau vilayəti rəhbərinin müavini vəzifələrində işləmişdir.

Arxiv üzrə axtarış