2021-12-30

Bildiririk ki, Mangistau vilayətinin Akimatlığı tərəfindən “Xalqlar Asambleyası”nın inzibati binasında cari ilin 23 dekabr tarixində “Saxəvətli ürək” adlı tədbir keçirilmişdir.

Tədbirin əsas məqsədi, Mangistau vilayətində fəaliyyət göstərən həkimlərin gördüyü işlər, xüsusilə isə koronavirus infeksiyası olan “COVİD-19” ilə mübarizə aparan həkimlərin mükəfatlandırılmasından ibarət idi.

Tədbiri Mangistau vilayətinin Akimi Nurlan Noqayev açıq elan edərək, son zamanlar həkimlərin üzərinə düşən işlərdən danışmış və hər birinə uğurlar arzu etmişdir. Tədbir zamanı, N.Noqayev bir sıra həkimlərə təntənəli şəkildə medallar və təşəkkürnamələr təqdim etmişdir.

Qeyd etmək istərdik ki, tədbirdə Mangistau vilayətində fəaliyyət göstərən milli-icmaların rəhbərləri, yerli ziyalılar, diplomatik nümayəndəliklər iştirak etmişlər. Digər qonaqlar ilə yanaşı Baş konsulluğun başçısı Elmar Məmmədov da iştirak etmişdir.

Tədbirin rəsmi hissəsindən sonra, qonaqlar yerli estrada və milli musiqiçilər tərəfindən hazırlanmış konserti izləmişlər.

Arxiv üzrə axtarış