Bildiririk ki, Qazaxıstan Respublikasının 30-cu ildönümü ilə bağlı cari ilin 9 dekabr tarixində, Abay Kunanbayev adına mədəni-istirahət kompleksində təntənəli tədbir keçirilmişdir.
Tədbirə qoşulmaq məqsədilə, Qazaxıstan Respublikası Senatının sədri Maulen Aşimbayev işçi səfəri edərək, Qazaxıstanın müstəqilliyinin 30 illiyi münasibətilə keçirilən təntənəli yığıncaqda və Dövlət Mükafatlarının verilməsi mərasimində iştirak etmişdir.
Tədbiri Mangistau vilayətinin Akimi Nurlan Askaroviç Noqayev açıq elan edərək, son 30 il ərzində Qazaxıstan Respublikasının nail olduğu uğurlardan, iqtisadi və siyasi, qazaxların mədəni irsinin qorunub saxllanılmasından, cari çətinliklərdən və qarşıya qoyulmuş hədəflərdən söz açmışdır.
Daha sonra, M.Aşımbayev çıxış etmişdir. O, Qazaxıstanın Birinci Prezidenti Elbası Nursultan Nazarbayevin rəhbərliyi altında müstəqillik illərində Qazaxıstanın əsas nailiyyətlərindən söhbət açmışdı. Senatın spikeri qeyd etmişdir ki, 30 il ərzində Qazaxıstan müstəqil dövlət kimi və beynəlxalq birliyin tamhüquqlu və nüfuzlu üzvü olub.
Rəsmi çıxışlarda sonra, Mangistau vilayətində yaşayan və fərqlənən elm, tibb və başqa sahələrdə vətəndaşlara Dövlət Mükafatları təqdim edilmişdir.
Tədbirin rəsmi hissəsindən sonra, qonaqlar yerli estrada və milli musiqiçilər tərəfindən hazırlanmış konserti izləmişlər.
Tədbirdə, E.Məmmədov ilə yanaşı, Türkiyə Respublikasının Aktau şəhərindəki Baş konsulu Müzəffər Akyıldırım və digər diplomatik nümayədəliklərin əməkdaşları iştirak etmişlər.