2021-12-28

“Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” tədbirlərinin keçirilməsi ilə bağlı, Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədov 2021-ci ilin 24 dekabr tarixindən 28 dekabr tarixinədək Atırau vilayətinə səfər etmişdir.

Bununla yanaşı bildiyiniz kimi, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərinin mövcud olan vəzifə borclarının arasında, xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycanlı iş adamlarına da dəstək göstərməkdir. Bununla bağlı, Atırau vilayətində yaşayan Azərbaycan Respublikasının vətəndaşı, Bədəlov Samir Teymur oğlunun (avropa üsullu) “Loft Central” adlı istirahət məkanının açılışında, eyni zamanda həmin məkanda Atırau şəhərində yaşayan azərbaycanlılar tərəfindən təşkil edilmiş “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə tədbir keçirilmişdir.

Beləliklə, istirahət məkanının rəsmi açılışından sonra Azərbaycan xalq mahnılarından, eləcə də müasir estrada ifaçılarının musiqi sədaları altında tədbir davam etmişdir. Qeyd etmək istərdik ki, tədbirdə “Novruz” milli-mədəni cəmiyyətinin keçmiş rəhbəri Eldar Məmməd oğlu Əhmədov, indiki rəhbəri Qərib Qəribov, həmçinin azərbaycanlı iş adamları ailələri ilə birlikdə də iştirak etmişdir. Tədbirdə, E.Məmmədov da çıxış etmişdir. O, Atırau vilayətində yaşayan azərbaycanlıları “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”, Yeni 2022-ci il münasibətilə və 44 günlük şanlı Qələbəmiz münasibətilə təbrik etmişdir. Çıxış zamanı, E.Məmmədov S.Bədəlovu yeni fəaliyyəti ilə bağlı da təbrik edərək, işində müvəffəqiyyətlər arzu etmişdir. Qeyd etmək istərdik ki, S.Bədəlov Atırau vilayətində fəaliyyət göstərən “Novruz” milli-icması nəznində yeni yaranmış “Analar komitəsi”nin sədri Sevinc Nizami qızı Qədirovanın həyat yoldaşıdır. Onuda qeyd etmək istərdik ki, Sevinc Qədirova uzun illər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin maliyyə-valyuta idarəsinin əməkdaşı olub.

Daha sonra, Baş konsulluğun təşkilatçılığı ilə 2021-ci ilin 27 dekabr tarixində “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə Qazaxıstan Respublikası, Atırau vilayətinin Atırau şəhərində yerləşən “Renaissance” otelində təntənəli tədbir keçirilmişdir.

Tədbirdə, Qazaxıstan Respublikasının Atırau vilayətinin Akimi Mahambet Coldasqaliyeviç Dosmuhambetov, akim müavinləri, akimat aparatının rəhbərliyi və əməkdaşları, Atırau şəhərinin Akimi (icra başçısı) Kayrat Kulımoviç Uruzbayev, Qazaxıstan Xalqlar Assambleyasının Katibliyinin rəhbəri Gulmira Muslimovna Şakirova, “H.Dosmuhamedov adına Atırau Universiteti”nin idarə heyətinin sədri İdrisov Salamat Nurmuhanoviç, “Novruz” milli-mədəni cəmiyyətinin keçmiş rəhbəri Eldar Əhmədov, indiki rəhbər Qərib Qəribov, yerli ziyalılar, müxtəlif milli-icmaların rəhbərləri, cəmiyyətimizin fəalları və başqaları iştirak etmişdir.

İlk öncə, tədbirdə Qazaxıstan və Azərbaycan Respublikalarının Dövlət himnləri səsləndirilmişdir.

Tədbiri, “Novruz” milli-mədəni cəmiyyətinin keçmiş rəhbəri Eldar Məmməd oğlu Əhmədov açıq elan edərək, ilk sözü Qazaxıstan Respublikasının Atırau vilayətinin Akimi Mahambet Coldasqaliyeviç Dosmuhambetova vermişdir.

Mahambet Coldasqaliyeviç çıxış edərək, Azərbaycan və Qazaxıstan arasında əlaqələrin xüsusilə son zamanlar inkişafından danışaraq, Azərbaycan xalqı Qazax xalqı ilə bir kökdən gəlmələri, milli-mədəni, adət-ənənələrinin oxşar olduğunu vurğulayaraq, dünyada, o cümlədən, Qazaxıstanda yaşayan bütün Azərbaycanlıları təbrik etmişdir. Bu xüsusda, Atırau vilayətində yaşayan azərbaycanlıların gördükləri işlərdən söz açaraq, vilayətin ictimai həyatında fəal olduqlarını yüksək qiymətləndirmişdir. M.Dosmuhambetov çıxışın sonunda, E.Məmmədova Akımatlığın adından Atırau vilayətini əks etdirən suvenir hədiyyə etmişdir.

Daha sonra, söz Baş konsulluğun başçısı v.i.e. Elmar Məmmədova verilmişdir.  E.Məmmədov M.Dosmuhambetovu tədbirdə iştirak etdiyi və göstərdiyi diqqətinə görə təşəkkürünü bildirmişdir. Bununla yanaşı, E.Məmmədov rəsmi qonaqları da salamlayaraq, onlara burada yaşayan azərbaycanlıların adından tədbirə qoşulmaları ilə əlaqədar təşəkkürünü bildirmiş və hər kəsi bu bayram münasibətilə təbrik etmişdir. Çıxış zamanı, o, “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nün yaranması tarixindən, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin tarixi və böyük rolundan, o cümlədən Respublikamızın son 30 il  ərzində nail olmuş uğurlarından da qonaqlara məlumat vermişdir.

Tədbirdə, “H.Dosmuhamedov adına Atırau Universiteti”nin idarə heyətinin sədri İdrisov Salamat Nurmuhanoviç də E.Məmmədova, Baş konsulluq ilə “H.Dosmuhamedov adına Atırau Universiteti” arasında mövcud olan yüksək münasibətləri qiymətləndirərək “Təşəkkürnamə” təqdim etmişdir.

Tədbirdə, Azərbaycan və Qazaxıstan xalq mahnıları canlı olaraq ifa olunmuş, habelə Azərbaycan mətbəxindən müxtəlif növ kəbablar, yarpaq dolması, göyərtili və ətli qutablar, şah plov, o cümlədən, milli şirniyyatlar təqdim olunmuşdur.

Qeyd etmək istərdik ki, tədbirin musiqili hissəsini Atırau vilayətinin Nurmuhan Janturin adına filarmoniyası müşayiət etmişdir.

Arxiv üzrə axtarış