2023-01-20

2023-cü ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq “20 yanvar-Ümumxalq Hüzn” gününün 33-cü il dönümü ilə bağlı tədbir keçirilmişdir.

2023-cü ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq “20 yanvar-Ümumxalq Hüzn” gününün 33-cü il dönümü ilə bağlı tədbir keçirilmişdir. 2023-cü ilin 20 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda Azərbaycan Respublikasının Prezident Administrasiyası tərəfindən hazırlanmış Tədbirlər Planına uyğun olaraq “20 yanvar-Ümumxalq Hüzn” gününün 33-cü il dönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbir zamanı, Qazaxıstan Respublikasının Aktau şəhərində akkreditə olunan Türkiyə Respublikasının və Türkmənistanın Baş konsulları başda olmaqla əməkdaşları, Mangistau vilayətinin Xalq Məclisinin üzvləri, yerli KİV nümayəndələri, Azərbaycanlı iş adamları, icma üzvləri və vilayətdə yaşayan yəhudi, inquş, belarus, ləzgi, çeçen və digər xalqların diaspora fəalları, gənclər və burada təhsil alan Azərbaycanlı və qazax tələbələr iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Aktau şəhərindəki  Baş konsulluğunun başçısı v.i.e Elçin Məmmədov tədbir iştirakçılarını salamlayaraq, bu ağır gündə tədbirdə iştirak etdikləri və dərdimizə şərik olduqları üçün təşəkkürünü bildirmişdir. Daha sonra Faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla  yad edilməsini xahiş etmişdir. E.Məmmədov 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin əmri ilə Sovet ordusunun bölmələri tərəfindən Bakı, Sumqayıt şəhərlərində, eləcə də Lənkəran və Neftçala rayonlarında dinc əhaliyə o cümlədən qadınlara, qocalara, uşaqlara qarşı amansız divan tutaraq, qanlı qətliam törədildiyini bildirmişdir. Həmin gecə 150 mülki şəxsin qətlə yetirildiyi, 744 nəfərin ağır yaralandığı, 4 nəfərin itkin düşdüyü barədə məlumat vermişdir. SSRİ rəhbərliyinin əmri ilə  Azərbaycan xalqına qarşı törədilmiş bu qanlı qətliam milli azadlıq hərəkatını yatırmaq məqsədi daşıdığını və beynəlxalq hüququn bütün norma və prinsiplərinə zidd olduğunu qeyd etmişdir. Faciəvi hadisədən dərhal sonra, Ümummilli Lider cənab Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, Azərbaycan xalqına həmrəylik nümayiş etdirdiyini və törədilmiş bu qətliamı kəskin pisləyərək ona siyasi-hüquqi qiymətin verilməsini, cinayətkarların cəzalandırılmasını tələb etdiyini bildirmişdir. 20 Yanvar Faciəsi xalqımızın mübarizə əzmini qırmadığını, milli kimliyimizin formalaşmasına təsir göstərdiyini və dövlət müstəqilliyimizin bərpasında dönüş nöqtəsi yaratdığını qeyd etmişdir. Faciəyə siyasi-hüquqi qiymətin Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin mart ayında Milli Məclisin qərarı ilə verildiyini və 20 yanvar hadisəsinin “Ümumxalq Hüzn” günü kimi qəbul edildiyini bildirmişdir. Sonra, E.Məmmədov Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Azərbaycan ordusu tərəfindən işğal altında 30 ildən artıq qalan ərazilərimizin azad edildiyini qeyd etmiş və Azərbaycanın müstəqilliyinə, suverenliyinə qarşı addımların bundan sonrada layiqincə cavablandırılacağını bildirmişdir. Həmçinin, E.Məmmədov Qazax xalqının 20 yanvar faciəsi, birinci  və ikinci Qarabağ müharibələri zamanı Azərbaycanın yanında olduğunu və qardaşlıq yardımını əsirgəmədiklərini qeyd etmişdir. Sonra E.Məmmədov sözü Türkiyə Respublikasının Baş konsulu cənab Sabri Alptekinə vermişdir. Baş konsul cənab S.Alptekin tədbirdə böyük heyətlə iştirak etmələrinin mənəvi borcu olduqlarını, bir millət iki dövlət olaraq Azərbaycan xalqına daim dəstək verəcəklərini bildirmişdir. Bu faciənin tək Azərbaycan xalqına deyil, bütün türk millətinə qarşı törədildiyini bildirərək, faciə qurbanlarına rəhmət diləmişdir. 20 yanvar hadisəsinin faciə ilə yanaşı müstəqilliyə doğru atılan addım olduğunu bildirmiş  və hazırda ölkəmizin hərbi, iqtisadi qüdrəti ilə dünyada söz sahibinə çevrildiyini qeyd etmişdir. Sonra amansız qətli kəskin pisləyərək, Azərbaycanın kədəri Türkiyənin kədəri olduğunu bildirmişdir.  Bununla yanaşı, Azərbaycan, Türkiyə, Türkmənistan Prezidentlərinin Aşqabadda keçirilən görüşünü xatırladaraq, Türk Dövlətləri Birliyinin Təşkilatı çərçivəsində həyata keçirilən sıx əməkdaşlığın  Türk dünyasının güclənməsinə və daha da genişlənməsinə xidmət etdiyini bildirmişdir. Sonda cənab M.Ovezov şəhidlərin ruhuna rəhmət diləmişdir.  Daha sonra Qazaxıstanın texniki elmlər doktoru, professor Yusif Quliyev çıxış edərək, qanlı yanvar hadisəsinin canlı şahidi olduğunu bildirmiş və hadisə barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Faciə barədə qazax ictimaiyyəti arasında diaspora fəalları tərəfindən illərdir aparılan təbliğat-təşviqat işindən danışmış və belə fəaliyyətin öz məhsuldar nəticəsini verdiyini bildirmişdir. Sonra tədbir iştirakçılarına 20 yanvar hadisəsi ilə bağlı sənədli film nümayiş etdirilmişdir. Filmdən sonra Baş konsulluğun foyesində təşkil olunan sərgiyə baxış keçirilmişdir. 

Arxiv üzrə axtarış