2023-01-26

2023-cü ilin 26 yanvar tarixində Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin nəzinində Miqrasiya Xidmətinin vilayət üzrə Baş idarəsinin rəisi cənab Azamat Aristanoviçlə görüş keçirilmişdir.

2023-cü ilin 26 yanvar tarixində Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyinin  nəzinində Miqrasiya Xidmətinin vilayət üzrə Baş idarəsinin rəisi cənab Azamat Aristanoviçlə görüş keçirilmişdir. Görüş zamanı miqrasiya sahəsində iki ölkə arasındakı mövcud olan yüksək səviyyəli əlaqələrdən danışılmış və  əməkdaşlığın genişləndirilməsi, eləcə də mövcud olan  müqavilə-hüquq bazasının artırılması ətrafında fikir mübadiləsi aparılmışdır. Bununla yanaşı, vətəndaşlarımız qarşılaşdıqları çətinliklər və onların həlli istiqamətində qarşılıqlı olaraq görülə biləcək işlər ətrafında müzakirələr aparılmışdır. Bununla yanaşı qarşı tərəf cari ilin fevral ayında Qazaxıstan Respublikasının Daxili İşlər Naziri cənab Axmetjanov Marat Muratoviçin planlaşdırılan səfəri zamanı nümayəndə heyətinin tərkibində Qazaxıstan Respublikasının sərhədyanı ərazilərində fəaliyyət göstərən Miqrasiya Xidmətinin rəislərinin iştirak edəcəyini qeyd edərək, çərçivəsində bir sıra   təşkilatı-texniki məsələlərdə köməklik göstərilməsi, eləcə də  Azərbaycanın aidiyyəti dövlət qurumlarının beynəlxalq şöbələrində məsul şəxslərlə birbaşa əlaqələrin qurulmasında müvafiq köməkliyin göstərilməsini xahiş etmişdir. Məsələ ilə bağlı AR Daxili İşlər Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin beynəlxalq şöbələri ilə əlaqə yaradaraq, qarşı müraciəti təmin edilmişdir.

Arxiv üzrə axtarış