2023-03-01

2023-cü ilin 1 mart tarixində Qazaxıstan Respublikasında keçirilən xeyriyyə günü ilə əlaqədar Atırau şəhərində fəaliyyət göstərən əlil uşaqlar üçün nəzərdə tutulmuş uşaq evində təşkil edilmiş xeyriyyə tədbirində Baş Konsulluğun, eləcə də Azərbaycan icmasının üzvlərinin iştirakı təmin edilmişdir.

2023-cü  ilin 1 mart tarixində Qazaxıstan Respublikasında keçirilən xeyriyyə günü ilə əlaqədar Atırau şəhərində fəaliyyət göstərən əlil uşaqlar üçün nəzərdə tutulmuş uşaq evində təşkil edilmiş xeyriyyə tədbirində Baş Konsulluğun, eləcə də Azərbaycan icmasının üzvlərinin iştirakı təmin edilmiş və Baş Konsulluq adından sözügedən uşaq evinə xüsusiləşdirilmiş mebel və müvafiq məişət əşyaları hədiyyə edilmişdir. Tədbirdə iştirak edən Atırau vilayət akimliyinin (qubernatorluğu) və yerli icra qurumlarının rəhbər  şəxsləri verilən dəstəyə görə Baş Konsulluğa təşəkkürlərini bildirmişlər. Sözügedən tədbir Atrau vilayətinin KİV-lərində geniş işıqlandırılmışdır.

 https://youtu.be/5WFXrtpOHVg

 

Arxiv üzrə axtarış