2023-02-26

2023-cü ilin 26 fevral tarixində Baş Konsulluğun dəstəyi və "Azərbaycan Mərkəzinin" təşkilatçılığı ilə Xocalı faicəsinin 31-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun inzibati binasında flaşmob təşkil edilmişdir.

2023-cü ilin 26 fevral tarixində Baş Konsulluğun dəstəyi və "Azərbaycan Mərkəzinin" təşkilatçılığı ilə Xocalı faicəsinin 31-ci ildönümü ilə əlaqədar "Xocalıya Ədalət" beynəlxalq kampaniyası çərçivəsində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun inzibati binasında flaşmob təşkil edilmişdir.Tədbirdə 50-dən çox  Azərbaycanlı gənc və tələbə iştirak etmiş və Dünya Birliyini  "Xocalıya Ədalət" şüarı altında Xocalıda  törədilən qətliama, ədalətsizliyə qarşı susmamağa  səsləmiş, erməni vəhşiliyini pisləmişlər. Daha sonra Xocalı qurbanlarının xatirəsinə dair hazırlanmış stend önünə gül qoyulmuş və onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

 

https://www.instagram.com/reel/CpIIJ2gjrQ_/?igshid=MzRlODBiNWFlZA==

Arxiv üzrə axtarış