2023-02-09

2023-cü ilin 09 fevral tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Yessenov Universitetinin tədris işləri üzrə prorektoru Kaiyerbek Makulovla görüşü keçirilmişdir.

2023-cü ilin 09 fevral tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Yessenov Universitetinin tədris işləri üzrə prorektoru Kaiyerbek Makulovla görüşü keçirilmişdir. Görüş zamanı Yessenov Universitetinin Azərbaycan Respublikasının ali təhsil müəssisələri ilə gələcək əməkdaşlıq perspektivləri müzakirə olunmuşdur. Bununla yanaşı, cari ilin iyun ayında ADA Universitetinin dəstəyi ilə Bakı Enerji məktəbinin ikinci hissəsinin Aktau şəhərində keçiriləcəyi barədə məlumat verilmiş və sözügedən tədbirin birgə həyata keçirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Arxiv üzrə axtarış