2023-cü ilin ilin 10 fevral tarixində Aktau beynəlxalq hava limanının baş direktoru xanim Meruyert Zholdybayeva ilə tanışlıq görüşü kecirilmişdir.
2023-cü ilin ilin 10 fevral tarixində Aktau beynəlxalq hava limanının baş direktoru xanım Meruyert Joldybayeva ilə tanışlıq görüşü kecirilmişdir. Görüş zamanı Baş Konsulluq və Aktau beynəlxalq hava limanının Administrasiyası arasında mövcud olan əməkdaşlığın dərinləşməsi, Aktau şəhərində fəaliyyət Buta Airways və Silkway aviaşirkətlərin nümayəndəliklərinə hava limanında əlverişli imkanların yaradılması, vətəndaşlarımıza münasibətdə hava limanında xüsusi yanaşmaların (gömrük, sərhəd və digər rəsmiləşdirilmə prosesində ehtiyatsızlıqdan yarana biləcək çətinliklərin qarşısının alınması məqsədi ilə vətəndaşlarımızla öncül məlumatlandırma işinin aparılması) tətbiqi və s məsələlər müzakirə olunmuşdur. Bununla yanaşı ölkəmizin beynəlxalq hava limanları, eləcə də hava yolu ilə sərnişin daşınmalar, yükdaşımalar sahəsində ölkəmizin mövcud təcrübəsi barədə məlumat verilmiş və bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasının, mütəxəssislər və ekspertlər səviyyəsində qarşılıqlı səfərlərin təşkilinin, yeni turizm marşrutları üzrə birgə layihələrin həyata keçirilməsinin hava nəqliyyatı sahəsində əlaqələrin daha da inkişafına töhfə verəcəyi vurğulanmışdır.