2023-02-13

2023-cü ilin 13 fevral tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Kurik Beynəlxalq Dəniz Limanının rəhbəri cənab Serik Axmetovla nəzakət görüşü keçirilmişdir.

2023-cü ilin 13 fevral tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Kurik Beynəlxalq Dəniz Limanının rəhbəri cənab Serik Axmetovla nəzakət görüşü keçirilmişdir. Görüş zamanı dəniz limanları arasında qurulmuş yüksək səviyyəli əlaqələrdən, onların inteqrasiyası istiqamətində görülən işlərdən, mövcud potensialdan, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında orta dəhliz və digər nəqliyyat koridorlarının daha da inkişaf etdirilməsində dəniz limanlarının rolundan danışılmışdır.

Arxiv üzrə axtarış