2023-02-14

2023-cü ilin 14 fevral tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Aktau Dəniz Ticarət Limanının rəhbəri cənab Abay Turikpenbayevlə və Dəniz Akademiyasının rektoru Sarsenbayev Bolat Sultanoviçlə nəzakət görüşü keçirilmişdir.

2023-cü ilin 14 fevral tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Aktau Dəniz Ticarət Limanının rəhbəri cənab Abay Turikpenbayevlə və Dəniz Akademiyasının rektoru Sarsenbayev Bolat Sultanoviçlə nəzakət görüşü keçirilmişdir.  Görüş zamanı dəniz limanları arasında qurulmuş yüksək səviyyəli əlaqələrdən, onların inteqrasiyası istiqamətində görülən işlərdən, mövcud potensialdan, iki ölkə arasında ticarət dövriyyəsinin artmasında orta dəhliz və digər nəqliyyat marşurutlarının daha da inkişaf etdirilməsində dəniz limanlarının rolundan danışılmışdır. Bununla yanaşı, dəniz limanlarının rəhbərlərinin qarşılıqlı səfərlərinin təşkil olunması, təcrübə mübadiləsinin aparılması, dəniz limanlarının inteqrasiyası istiqamətində görülən işin sürrətləndirilməsi imkanları ətrafında fikir mübadiləsi aparılmış və Baş Konsulluqla dəniz limanları arasında qurulmuş sıx əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədi ilə mütəmadi görüşlərin keçirilməsinin vacibliyi vurğulanmışdır. 

 

Arxiv üzrə axtarış