2023-cü ilin 31 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Mangistau vilayətinin Xalq Assambleyasının sədri xanım Amangül Abdiqaliyeva ilə nəzakət görüşü keçirmişdir.
2023-cü ilin 31 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Mangistau vilayətinin Xalq Assambleyasının sədri xanım Amangül Abdiqaliyeva ilə nəzakət görüşü keçirmişdir. Görüş zamanı iki ölkə arasındakı yüksək səviyyəli əlaqələrdən, qarşılıqlı səfərlərdən, qurulmuş regional iqtisadi, mədəni, humanitar əlaqələrdən və mövcud olan inkişaf potensialından danışılmışdır. Sonra Assambleyanın (dostluq evi) nəzdində fəaliyyət göstərən Azərbaycan otağına və digər millətlərin mədəniyyət mərkəzlərinə baxış keçirilmişdir. Azərbaycan otağına Baş Konsulluq adından milli ornamentlərimizi əks etdirən xalça və digər hədiyyələr, milli suvenirlər təqdim edilmişdir.