2023-cü ilin 23-24 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Qazaxıstan Respublikasının Mangistau vilayətində fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərə - “Azersun Sənaye və Loqistika Mərkəzi”nə, “ATEF” elektrik avadanlıqlarının istehsalı müəssisəsinə və “SAGA ATASH” gəmi təmiri emalatxanasına baxış keçirmişdir.
2023-cü ilin 23-24 yanvar tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Qazaxıstan Respublikasının Mangistau vilayətində fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərə - “Azersun Sənaye və Loqistika Mərkəzi”nə, “ATEF” elektrik avadanlıqlarının istehsalı müəssisəsinə və “SAGA ATASH” gəmi təmiri emalatxanasına baxış keçirmişdir. Sözügedən şirkət rəhbərləri ilə görüş zamanı müəssisələrin fəaliyyəti, istehsalat gücü, dövriyyəsi, investisiyanın təşviqi istiqamətində yaradılan şərait, üzləşilən çətinliklər barəsində fikir mübadiləsi aparılmışdır.