2023-02-25

2023-cü ilin 25 fevral tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Aktöbe vilayətinin Xalq Assambleyasının sədri xanım Dariqa İsmaqambetova ilə nəzakət görüşü keçirmişdir.

2023-cü ilin 25 fevral tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun başçısı v.i.e Elçin Məmmədov Aktöbe  vilayətinin Xalq Assambleyasının sədri xanım  Dariqa İsmaqambetova ilə nəzakət görüşü keçirmişdir. Görüş zamanı iki ölkə arasındakı qurulmuş regional iqtisadi, mədəni, humanitar  əlaqələrdən və bu əlaqələrin daha dərinləşməsində mövcud olan potensialdan danışılmışdır. Sonra  il ərzində Baş Konsulluq tərəfindən həyata keçiriləcək tədbirlər barədə qarşı tərəfə ətraflı məlumat verilərək, sıx əməkdaşlıq çərçivəsində  birgə mədəni, humanitar layihələrin həyata keçirilməsi imkanları müzakirə edilmişdir. Sonra Assambleyanın (dostluq evi) nəzdində fəaliyyət göstərən Azərbaycan otağına baxış keçirilmişdir. Azərbaycan otağına Baş Konsulluq adından hədiyyələr və milli suvenirlər təqdim edilmişdir.

Arxiv üzrə axtarış