2023-03-07

2023-cü ilin 7 mart tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Manqistau vilayətinin akimi (qubernatoru) cənab Nurlan Noqayevlə nəzakət görüşü keçirilmişdir.

2023-cü ilin 7 mart tarixində Baş Konsulluğun başçısı v.i.e Elçin Məmmədovun Manqistau vilayətinin akimi (qubernatoru) cənab Nurlan Noqayevlə nəzakət görüşü keçirilmişdir. Görüş zamanı iki ölkə arasında dinamik şəkildə inkişaf edən yüksək səviyyəli əlaqələrdən, dövlət başçılarının qarşılıqlı səfərlərindən, regional iqtisadi, mədəni, humanitar əlaqələrdən, artan ticarət dövriyyəsindən, qarşılıqlı investisiya yatırımı imkanlarından, sərmayənin təşviqi və qorunması istiqamətində həyata keçirilən tədbirlərdən, qardaşlaşmış şəhərlər kontekstində görülən işlərdən danışılmış, eləcə də əlaqələrin daha da inkişafı yönündə mövcud olan potensial və realizə oluna biləcək layihələr ətrafında fikir mübadiləsi aparılmışdır.

https://www.facebook.com/100046261630676/posts/pfbid02xrbMwmQFiEvXGyejMw9KRWVYJjy24p3nqsrmg7MGNRLUqif9j9ccGtRfxL5SdHX2l/?mibextid=cr9u03 

Arxiv üzrə axtarış