2023-cü ilin 17 mart tarixində Yesenov Universitetində Baş Konsulluğun və həmin universitetdə fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir.
2023-cü ilin 17 mart tarixində Yesenov Universitetində Baş Konsulluğun və həmin universitetdə fəaliyyət göstərən Azərbaycan Mərkəzinin təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Aktau şəhərində akkreditə olunan Baş Konsulluqların məsul şəxsləri, yerli icra qurumlarının və təhsil müəssisələrin nümayəndələri, tələbələr, KİV nümayəndələri iştirak etmişdir. Baş Konsulluq adından tədbir iştirakçılarına bayram süfrəsi açılmış və milli yeməklərimiz, şirniyyatlarımız və digər təamlarımız təqdim edilmişdir. Sonda bayram konserti təşkil edilmişdir.