2023-cü ilin 22 mart tarixində Baş Konsulluğun dəstəyi və Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanlı icma üzvləri, iş adamlarının təşkilati texniki yardımı ilə dənizkənarı bulvarda keçirilliş Novruz yurdu tədbiri keçirilmişdir.
2023-cü ilin 22 mart tarixində Baş Konsulluğun dəstəyi və Aktau şəhərində fəaliyyət göstərən Azərbaycanlı icma üzvləri, iş adamlarının təşkilati texniki yardımı ilə dənizkənarı bulvarda Novruz yurdu tədbiri keçirilmişdir. Bayram münasibəti ilə təşkil olunmuş Azərbaycan Yurtası vilayət və şəhər rəhbərliyi, yerli icra orqanlarının nümayəndələri və şəhər sakinləri tərəfindən ziyarət edilmiş və onlara Azərbaycan təamları və milli suvenirlər təqdim edilmişdir. Tədbir qonaqlar tərəfindən yüksək qiymətləndirilmiş və şəhər meriyası tərəfindən Azərbaycan Yurtası birinci yerə layiq görülmüşdür.