2023-04-04

2023-cü ilin 4 aprel tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunda “Aprel döyüşləri”- ilk zəfər günü münasibəti ilə tədbir keçirilmişdir.

2023-cü ilin 4 aprel tarixində Azərbaycan Respublikasının Aktau şəhərindəki  Baş Konsulluğunda “Aprel döyüşləri”- ilk zəfər günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbirdə Aktau şəhərində fəaliyyət göstərən Türkiyə Respublikasının Baş Konsulluğunun, Manqistau vilayətinin Xalq Assambleyasının, vilayət üzrə yerli icra orqanlarının məsul şəxsləri, Azərbaycanlı iş adamları, icma üzvləri, tələbələr, KİV nümayəndələri iştirak etmişdir.  Tədbirdə  aprel döyüşlərinə həsr olunmuş film nümayiş etdirilmiş və foto sərgi, ehsan süfrəsi təşkil edilmişdir.  

Arxiv üzrə axtarış