2023-04-14

2023-cü ilin 14 aprel tarixində Baş Konsulluq və Azərbaycan icması tərəfindən “Caspian Rivera” mehmanxanasında iftar süfrəsi təşkil olunmuşdur.

2023-cü ilin 14 aprel tarixində Baş Konsulluq və Azərbaycan icması tərəfindən “Caspian Rivera” mehmanxanasında iftar süfrəsi təşkil olunmuşdur. 2023-cü ilin 14 aprel tarixində Baş Konsulluq və Azərbaycan icması tərəfindən “Caspian Rivera” mehmanxanasında iftar süfrəsi təşkil olunmuşdur. Tədbirdə 150-dən çox qonaq iştirak etmiş, onlar arasında Mangistau vilayətinin Akimi  (Guberanatoru) cənab N.Noqayev və müavinləri, şəhər Akimi, Aktau şəhərinə Akkreditə olunan Baş Konsullar və əməkdaşları, vilayət müftisi, yerli icra hakimiyyətinin nümayəndələri,  vilayət və şəhər məslixat şuralarının (yerli duma) sədrləri və müavinləri, vilayətin hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, Xalq Assambleyasının sədri və əməkdaşları, Manqistau vilayətində fəaliyyət göstərən digər ölkələrin icmaların rəhbərləri, KİV nümayəndələri, Azərbaycanlı iş adamları, icma üzvləri, tələbələr və gənclər iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Baş Konsulluğun başçısı v.i.e  Elçin Məmmədov  qonaqlara tədbirdə iştirak etdiyinə görə təşəkkürünü bildirmiş və ən xoş arzularının qəbul olunmasını xahiş etmişdir. Bununla yanaşı, E.Məmmədov "Ramazan" ayının dostluq, birlik, vahidlik, etimat, səbr , mərhəmət və nəzakəti simvolizə etdiyini bildirərək, bu müqəddəs ayda iftar süfrəsini onlarla bölüşməkdən böyük şərəf duyduğunu qeyd etmişdir.

Sonra  Mangistau vilayətinin Akimi cənab Nurlan Noqayev Baş Konsulluğa bu cür yüksək səviyyəli tədbiri keçirildiyinə görə təşəkkürünü bildirmiş, 11 ayın sultanı Ramazan ayının müqəddəs bayramlarından birinin olduğunu və belə tədbirlərin regionda yaşayan Azərbaycan-Qazax və digər xalqlar arasında vahidliyin, birliyin, dostluğun və əbədi qardaşlığın möhkəmlənməsinə xidmət etdiyinii bildirmişdir. Daha sonra N.Noqayev Qazaxıstanda tolerantliq ənənələrindən bəhs edərək, bunun dövlət siyasətinin bir qolu olduğunu və ölkədə stabilliyin zəmanəti olduğunu vurğulamışdır. Sonda hər kəsə xeyirli ruzili bərəkətli süfrə və möhkəm can sağlığı arzulamışdır.

Daha sonra vilayət müftisi tərəfindən ramazan duası oxunmuş və hər kəs iftar süfrəsinə dəvət olunmuşdur. Tədbir Azərbaycanın musiqilərinin sədası altında keçirilmiş və qonaqlara Azərbaycan təamları təqdim edilmişdir. Tədbir qonaqlar tərəfindən böyük maraqla qarşılanmışdır.

Arxiv üzrə axtarış