2023-05-04

2023-cü ilin 04 may tarixində Atırau Dövlət Universitetində “Ulu Öndər Heydər Əliyevin Türk Dünyasının genişlənməsində xidmətləri” mövzusunda elmi praktiki konfrans keçirilmişdir.

2023-cü ilin 04 may tarixində Atırau Dövlət Universitetində “Ulu Öndər Heydər Əliyevin Türk Dünyasının genişlənməsində xidmətləri” mövzusunda  elmi praktiki konfrans keçirilmişdir. Tədbirdə 200-dən artıq tələbə və müəllim heyəti, elm adamları, bölgənin ictimai-siyasi xadimləri, yerli icra orqanlarının nümayəndələri və Azərbaycanlı diaspora fəalları iştirak etmişlər. Tədbir çərçivəsində həmçinin Ümummilli Lider Heydər Əliyevin  həyatı və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş inşa müsabiqəsi təşkil edilmişdir. İnşa müsabiqəsinin 5 nəfər (1 nəfər 1 -ci yer, 2 nəfər 2-ci yer, 2 nəfər 3-cü yer)  qalibi Baş Konsulluq tərəfindən (sertifikat və pul mükafatı) mükafatlandırılmışdır. Tədbir yerli KİV-lər tərəfindən geniş işıqlandırılmışdır.

 

Arxiv üzrə axtarış