2023-05-10

2023-cü ilin 9-10 may tarixlərində Qazaxıstan Respublikasının Dövlət Televiziya Kanalı tərəfindən çəkilmiş Ümummilli Lider Heydər Əliyevin həyatı və siyasi fəaliyyətini əks etdirən sənədli film Mangistau vilayətinin dövlət televiziya kanalında nümayiş etdirilmişdir. Bununla yanaşı, Mangistau Media Holdinqin (dövlət şirkəti) nəzdində fəaliyyət göstərən 9 qəzetdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan – Qazaxıstan əlaqələrinin qurulmasında və inkişafında rolu, “Heydər Əliyev iki xalq arasında qızıl körpü yaratdı”, “Azərbaycan xalqının görkəmli tarixi şəxsiyyəti” başlıqlı məqalələri dərc edilmişdir.

 

.

Arxiv üzrə axtarış