2023-05-10

2023-cü ilin 10 may tarixində Aktöbe şəhərində vilayət Xalq Assambleyası-Dostluq Evində Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur

2023-cü ilin 10 may tarixində Aktöbe şəhərində vilayət Xalq Assambleyası-Dostluq Evində Ulu Öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinə həsr olunmuş dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə 100-ə yaxın qonaq iştirak etmiş və onlar arasında regionun ictimai siyasi fəalları, Qubernatorluğun və digər yerli orqanların səlahiyyətli şəxsləri, Xalq Assambleyasının üzvləri, regionda fəaliyyət göstərən digər millətlərin icma rəhbərləri, Azərbaycanlı diaspora fəalları və Azərbaycanlı gənclər və tələbələr olmuşdur. Tədbirdə Ulu Öndər cənab Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə məlumat verilərək, Ümummilli Liderin iki ölkə arasında əlaqələrin qurulmasında və inkişafında xüsusi rolu, Qazax xalqına olan  rəğbəti barəsində danışılmışdır. Sonra hazırkı dövrdə bünövrəsi Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş bu əlaqələrin onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında dinamik şəkildə daha da inkişaf etməsindən və dövlət başçıları arasında qurulmuş sıx təmasların, dostluq və qardaşlıq əlaqələrinin, səmimi münasibətlərin qazax və Azərbaycan xalqları arasında mövcud olan çox əsirlik dostluq, qardaşlıq bağlarının daha da inkişafına böyük töhfə verməsindən bəhs edilmişdir. Tədbirin sonunda qonaqlar tərəfindən foto sərgiyə baxış keçirilmiş və furşetə dəvət edilmişlər. 

Arxiv üzrə axtarış