2023-05-20

2023-cü ilin 20 may tarixində Aktau şəhərində Manqistau vilayətinin Xalq Assambleyası-Dostluq Evində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul keçirilmişdir.

2023-cü ilin 20 may tarixində Aktau şəhərində Manqistau vilayətinin Xalq Assambleyası-Dostluq Evində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə rəsmi qəbul keçirilmişdir. Tədbir 3 hissədən - foto sərgi, konsert proqramı və  ziyafətdən ibarət olmuşdur. Tədbirdə 600 nəfərdən artıq qonaq iştirak etmişdir. Qonaqlar arasında Aktau şəhərində akkreditə olunan diplomatik korpusun nümayəndələri, vilayət Akimliyinin-Qubernatorluğunun (qubernator və rəsmi şəxslər), şəhər meriyasının, hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, vilayət və şəhər Məsləhət Şurasının, Ağsaqqallar və Veteran Şuralarının, Xalq Assambleyasının üzvləri, digər yerli icra orqanlarının nümayəndələri, vilayət üzrə fəaliyyət göstərən digər millətlərin icma nümayəndələri, Azərbaycanlı diaspora fəalları, tələbələr və KİV nümayəndələri olmuşdur. Konsert proqramı Natiq Ritm qrupunun, Mirvari rəqs qrupunun, tanınmış tar ustası Şəhriyar İmanovun musiqi qrupunun və Manqistau vilayətinin Xalq Rəqs Qrupunun müşayiəti ilə keçirilmişdir. Konsert Proqramından sonra qonaqlar üçün rəsmi ziyafət təşkil edilmiş və qonaqlara milli təamlarımız təqdim edilmişdir. Tədbir vilayətin yerli KİV-ləri tərəfindən geniş işıqlandırılmışdır.

https://m.facebook.com/story.php?story_fbid=584621500463190&id=100067460359404&mibextid=Nif5oz ; https://www.facebook.com/506912453155509/posts/1607787109734699/?d=w&mibextid=SDPelY ; https://youtu.be/CXDAl0VZts0 ; https://youtu.be/idh3st80zTU;

 

Arxiv üzrə axtarış